Təbrizin bir qrup orta məktəb qız şagirdləri Azərbaycan respublikası prezidentinin yoldaşına məktub yazmışdılar və o məktubun cavabının intizarındadırlar
Aran agentliyi/
Təbrizin bir qrup orta məktəb qız şagirdləri Azərbaycan respublikası prezidentinin yoldaşına məktub yazmışdılar və o məktubun cavabının intizarındadırlar.
“Aran” xəbər mərkəzinin verdiyi məlumata əsasən, Təbrizin şagirdlərindən biri öz dostları ilə Xanım Mehriban Əliyeva məktub yazmışdılar, “Aran”ın müxbiri ilə söhbət əsnasında yazılan məktubun cavabının intizarında olduqlarını bildiriblər və buna görə də Azərbaycan respublikasının Təbrizdə olan səfirliyilə əlaqə yaradılıb və yazılmış məktuba indiyə qədər cavab yazılmadığını bildiriblər.
Təbrizin bu məktəbli şagirdi məktubun yazılmasını və namaz çadrasının Azərbaycan respublikası prezidentinin xanımına hədiyyə etməsini Azərbaycan respublikasının hicablı şagirdlərinə kömək məqsədilə etdiyini deyib.
Bunuda qeyd edək ki, iki həftə öncə Təbrizin bir çox məktəbli şagirdləri Azərbaycan respublikasının Təbrizdə olan səfirliyi qarşısında Azərbaycan respublikasında hicaba qarşı qoyulmuş qadağaya görə etiraz aksiyası keşirmiş və bu qadağanın ləğv olunmasını tələb ediblər.