Tarix : 2011 Feb 21
Kod 21442

Türkiyə: ABŞ-ın Ankaranın məsələlərinə müdaxilə etmək haqqı yoxdur

Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni təyin olunmuş səfiri Frank Rikardunu ''kal'' adlandırıb
Türkiyə servsi/Aran agentliyi

Türkiyə hökuməti Ankarada mətbuat azadlığı barəsində ABŞ-ın Türkiyədəki səfirinin müdaxilə xarakterli açıqlamasının ardınca bildirib ki, Vaşinqtonun heç bir vəchlə Türkiyənin daxili məsələlərində müdaxilə etməyə haqqı yoxdur.

Fars İnformasiya Agentliyi Amerikanın Wall-Street-Jurnal qəzetinə istinadən bildirir ki, mətbuat azadlığı barəsində ABŞ və Türkiyə arasında çaxnaşma bu gün yenidən baş qaldırıb. Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni təyin olunmuş səfiri Frank Rikardunu "kal" adlandırıb.

Rikardun Ankarada qarşılanması mərasimində jurnalistlərə bildirib ki, ABŞ Türkiyə hökumətinin media azadlığı və jurnalistlərin həbsi azadlığı ilə əlaqədar öhdəliyini canlandırmağa çalışır. Bu məsələdən sonra Ankara və Vaşinqton arasında söz "çarpışması" başlayıb.

Türkiyənin yüksək səviyyəli rəsmiləri son zamanlar Vaşinqtonun Ankaradakı səfirinə reaksiya veriblər.

AKP-nin sədr müavini çərşənbə günü bildirib ki, səfirlər missiyada olduqları ölkələrin daxili işlərinə müdaxilə edə bilməzlər və onların məhdudiyyətləri var.

  • Yazılıb
  • da (də) 2011 Feb 21