İstanbul əhalisindən olan minlərlə nəfər bu gün aksiya keçirərək, Azadlıq Karvanı şəhidlərinin xatirəsini əziz tutub
Türkiyə servsi/Aran agentliyi
İstanbul, (Səhər TV) - İstanbul əhalisindən olan minlərlə nəfər bu gün aksiya keçirərək, Azadlıq Karvanı şəhidlərinin xatirəsini əziz tutub.
İRNA-nın verdiyi məlumata əsasən İstanbul əhalisindən olan iri toplu bu gün , sionist İsrail rejiminin Qəzzəyə humanitar yardımlar çatdırmaq istəyən Azadlıq Karvanına qarşı cinayətkarcasına hücumunda şəhid olmuş şəxslərin məzarları üstündə olaraq fatihə oxuyub, şəhidlərin ailələri ilə həmdərdlik edərək, bu şəhidlərin xatirəsini anıb.
Keçən il mayın 31-də sionist hərbçilərin Azadlıq Karvanına hücumu zamanı Türkiyə vətəndaşlarından 9 nəfər həlak oldu, onlarla nəfər isə yaralandı.
Türkiyənin ,sionist rejimin bu cinayətə görə üzr istəməsi və kompensasiya ödəməsinə təkid etməsinə rəğmən , sionist rejim indiyə qədər Türkiyədən üzrə istəməyib.