Tarix : 2011 Feb 21
Kod 21444

Mahmud Əhmədinejad: Dünya böyük dəyişiklik ərəfəsindədir

Bəşəriyyət həqiqətə çatmaq üçün təlatümdədir və dünya böyük dəyişiklik ərəfəsindədir
IIR servsi/Aran agentliyi

İran İslam Respublikası prezidenti deyib: Bəşəriyyət həqiqətə çatmaq üçün təlatümdədir və dünya böyük dəyişiklik ərəfəsindədir.

İRNA-nın məlumatına görə, Mahmud Əhmədinejad bu gün İslam peyğəmbərinin(s.ə.s) və İmam Sadiq(ə)-ın mövludu münasibəti ilə dünya müsəlmanlarını təbrik edərək, deyib: Yaxın Şərq və Afrikanın şimalında baş verənlər sübut etdi ki, bu gün zorakı qüdrətlərin təhqirləri, qırğınları, zülmləri və qarətləri qarşısında ədalətin dünyaya hakim olması qlobal bir tələbə çevrilib.

İran prezidenti həmçinin deyib: Bu günlər insanlar və cəmiyyətlər arasındakı münasibətlərdə dostluq və qardaşlıq zorakı qüdrətlərin düşmənçilik və fitnə siyasətinin qarşısında duran məsələdir.

O, həmçinin deyib: Dostluq və qardaşlıq dünyada ümumbəşəri bir tələbə çevrilib.

M.Əhmədinejad əlavə edib: Hegemon qüdrətlər öz maraqlarını müdafiə etmək üçün mürəkkəb planlar hazırlayırlar. Lakin, insanlar artıq oyanmağa başlayıblar və Allahın köməyi ilə zorakı qüdrətlər yolun sonuna çatıblar.

  • Yazılıb
  • da (də) 2011 Feb 21