Tarix : 2011 Feb 21
Kod 21445

''Foreign Policy'': Xalq qiyamları Azərbaycana da sirayət edə bilər

Xalq inqilablarının ərəb ölkələrindən Azərbaycan Respublikasına və Mərkəzi Asiya ölkələrinə sirayət etməsi ehtimalı çox güclüdür. Çünki, bu ölkələrdə də xalq qüvvələri hökumət tərəfindən yatırdılır
Azerbaijan servsi/Aran agentliyi

ABŞ-ın Xarici Əlaqələr Şurasının mətbuat orqanı olan "Foreign Policy" jurnalı Misir və Tunis xalq qiyamlarının Azərbaycan Respublikası və Mərkəzi Asiya ölkələrinə sirayət etməsi ehtimalından xəbər verib.

"Foreign Policy" jurnalında Fyona Hill tərəfindən qələmə alınmış məqalədə deyilir: Xalq inqilablarının ərəb ölkələrindən Azərbaycan Respublikasına və Mərkəzi Asiya ölkələrinə sirayət etməsi ehtimalı çox güclüdür. Çünki, bu ölkələrdə də xalq qüvvələri hökumət tərəfindən yatırdılır.

F.Hill məqaləsinin davamında yazır: 2003-cü ildə hakimiyyətin mərhum Heydər Əliyev tərəfindən övladı İlham Əliyevə ötürülməsi müxaliflətin etirazlarına səbəb oldu.

Amerikada Austin Universitetinin müəllimi Maykl Tukaçik də Tunis və Misirdə xalq qiyamlarının köklərinə işarə edərək, Azərbaycan Respublikasında da oxşar inqilabın baş verməsi ehtimalı haqda xəbərdarlıq etmişdi.

M.Tukaçik demişdi: Azərbaycan Respublikasında neft gəlirlərinin həddən artıq çox olmasına baxmayaraq, neftən əldə edilən gəlirin çox az bir hissəsi xalq və az təminatlı təbəqənin payına düşür.

O, polis və təhlükəsizlik qüvvələrindən istifadəni hakimiyyətin ömrünü uzatmaq üçün o qədər də təsirli vasitə hesab etməyərək, bunun faydasız olduğunu da qeyd edib.

Amerikada "Bloomberg" xəbər agentliyi də son zamanlar Azərbaycan Respublikasında xalq qiyamlarının baş qaldırması ehtimalından xəbər verib.

ABŞ-ın Azərbacan Respublikasındakı yeni səfiri Metyo Brayza da cümə axaşamı jurnalistlər qarşısında Azərbaycan Respublikasında terror aktları və gərginlik adlandırdığı məsələyə işarə edərək, ölkədə bir növ xalq qiyamı ehtimalından xəbər verib.

Minsk qrupunun həmsədri olduğu dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımaqdan çəkinən və işğal altında olan 5 rayonun azadlığı müqabilində Dağlıq Qarabağın habelə Laçın və Kəlbəcərin Ermənistana verilməsi planını dəstəkləyən Brayza jurnalistlərə deyib: Azərbaycan Respublikasında terror aktları və gərginlik ehtimalı ilə bağlı 2-ci dəfə xəbərdarlıq etməyimiz məsələnin nə qədər ciddi olması mənasındadır.

ABŞ, İngiltərə və İsrail rejimi son zamanlar Azərbaycan Respublikasındakı vətəndaşlarına lazımı təhlükəsizlik tədbirlərinə əməl etmələri haqda xəbərdarlıq ediblər. Buda Bakının kəskin narazılığı ilə üzləşib.

Bundan öncə Azərbaycan Respublikasının bəzi rəsmiləri o cümlədən hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Azərbaycan Respublikasında mövcud problemlərin Misir və Tunis ilə oxşarlıqlarını rədd etmişdi.

Buna baxmayaraq Bakı mediaları son zamanlar hökumətin korrupsiya və rüşvətxorluq ilə mübarizə sahəsindəki fəaliyyətinin genişləndirilməsi haqda proqramlarının sayını artırıblar.

Xəbər mənbələri bildirirlər ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin son günlər İsrail rejiminin başçısı Şimon Peres ilə telefon söhbətində Misir və Tunis qiyamlarının təsirləri araşdırılıb.

  • Yazılıb
  • da (də) 2011 Feb 21