Azərbaycan Respublikası ilə sionist rejim münasibətlərində ötən illərin geniş etimadı mövcud deyil
Azerbaijan servsi/Aran agentliyi
Azərbaycan Respublikasında sabiq KQB əməkdaşı və Şərq-Qərb Araşdırmalar mərkəzinin rəhbəri Fələstinin Azərbaycan Respublikasındakı səfirliyinə Bakının maliyyə və texniki yardımı ilə əlaqədar anlaşmanın təsdiqlənməsinə toxunaraq deyib: Azərbaycan Respublikası ilə sionist rejim münasibətlərində ötən illərin geniş etimadı mövcud deyil.
Bakıdakı yerli mənbələrin məlumatına əsasən, sionist rejimin Azərbaycan Respublikasına qarşı hərəkətlərini və bu etimadın azalmasının səbəblərini qeyd etməyən Ərəstun Oruclu sionist rejimin Bakıdakı səfirliyinin müvəqqəti bağlanmasına toxunaraq deyib: Güman ki, Fələstin və Azərbaycan Respublikası xarici işlər nazirlərinin imzaladıqları sazişin İlham Əliyev tərəfindən təsdiqlənməsi sionist rejimin bu hərəkətinə cavab ola bilər. Bu məsələ iki tərəf arasında olan yüksək etimad səviyyəsinin hazırda olmadığını göstərir.
Sabiq KQB əməkdaşı bildirir ki, rəsmi Bakının ABŞ, İngiltərə və sionist rejimin Azərbaycan Respublikasında öz vətəndaşlarına təhlükəsizlik xəbərdarlığına baxışı çox mənfi və qəzəbli olub. İsrail daha da irəli addım ataraq Bakıdakı səfirliyini bir müddət bağlayıb və Azərbaycan Respublikası prezidentinin son hərəkəti bu hərəkətə cavab ola bilər.
Azərbaycan Respublikasının prezidenti Fələstinin Bakıdakı səfirliyinin fəaliyyətinə maliyyə və texniki yardımlar barəsində 31 yanvarda Azərbaycan Respublikası və Fələstin Dövləti xarici işlər nazirləri arasında imzalanmış anlaşmanı fevral ayının 14-də təsdiqləyib.
Bu sazişin təsdiqlənməsini bir növ Fələstin dövlətinin tanınması mənasında olduğuna toxuna Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri bildirib: AR hökuməti bu barədə indiyə qədər bir sənəd və yaxud qərar qəbul etməsə də, Bakı-Təl-Əviv münasibətlərinə diqqət yetirdikdə Azərbaycan Respublikası prezidentinin bu hərəkəti müəyyən qədər gözlənilməz oldu. Bu yeni hadisədir və Bakının sionist rejimə xəbərdarlığı ola bilər. Lakin, Azərbaycan Respublikası ilə İsrail münasibətlərində mənfi bir gedişin başlanğıcı olacağına inanmıram. Çünki iki tərəf arasında bağlılıqlar mövcuddur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası xalqının sionist rejimə nifrət etməsinə baxmayaraq, bu rejimin Bakıdakı səfirliyi 1992-ci ildən fəaliyyət göstərir. Fələstin Azərbaycan Respublikasında səfirliyinin təsis olunması üçün öncədən saziş olmasına baxmayaraq, Azərbaycan Respublikasının bəzi quruluşlarında sionist rejimin nüfuzu bu məsələdə problemlər yaradır.
Sionist rejimin Azərbaycan Respublikasına qarşı hərəkətlərinə , o cümlədən Qarabağ separatçılarının gücləndirilməsi, onlara hərbi yardımların edilməsi ilə əlaqədar erməni və sionist lobbilərin əməkdaşlıqlarının artması, Azərbaycan Respublikası hökumətini narahat edib. Bununla belə Bakı hələ də sionist rejimlə münasibətlərin genişləndirilməsini vurğulayırlar.