Gəncə Apellyasiya Məhkəməsi ruhanilər Fəxri İlyasov və Azər Cəbiyevin həbsdən azad edilməsi barədə verilmiş vəsatəti təmin etməyib
Azerbaijan servsi/Aran agentliyi
Səhər TV--Gəncə Apellyasiya Məhkəməsi ruhanilər Fəxri İlyasov və Azər Cəbiyevin həbsdən azad edilməsi barədə verilmiş vəsatəti təmin etməyib.
Bu barədə İslam-Azeri İnternet qəzetinə Gəncə ruhanilərin vəkili Elçin Namazov məlumat verib. Vəkil bildirib ki, hakimlər məhkəmə prosesi qanunlara hörmətsiz yanaşma şəraitində keçib: "Tərəfimizdən verilmiş vəsatətin müzakirəsi zamanı hakimlər hər iki şəxsin həbsdə qanunsuz saxlanmalarına inamlarını ifadə etdilər. Bildirildi ki, istintaq orqanının və prokurorluğun arqumentləri tamamilə əsassızdır. Beləki, ittiham tərəfi etirazını onunla əsaslandırırdı ki, ruhanilərin ölkəni tərk etmək ehtimalı mövcuddur. Biz buna etiraz edərək, bildirdik ki, onların ümumvətəndaşlıq pasportu və şəxsiyyət vəsiqələri istintaqdadırsa, ölkəni tərk edə bilməzlər. Bu zaman prokurorluğun nümayəndəsi gülünc ehtimalla çıxış etdi. Bildirdi ki, ruhanilərin sərhəddi qanunsuz olaraq, keçid məntəqəsindən kənar keçəcəklərindən ehtiyatlanırlar!"
Məktəblərdə hicab qadağasına etirazlardan sonra həbs olunan ruhanilər Fəxri İlyasov və Azər Cəbiyev polisə qarşı zorakılıq göstərməklə xuliqanlıq törətməkdə ittiham olunurlar.