Tarix : 2011 Feb 21
Kod 21448

Hidayət Orucovun ''təəssüfü''

Azərbaycan Respublikasında Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov hicab və azanın Azərbaycan Respublikasında İslam ...
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan Respublikasında Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov hicab və azanın Azərbaycan Respublikasında İslam dininin əsas mahiyyətlərindən hesab edilməsini təəssüfləndirici hal adlandırıb.

Bakı medialarının məlumatlarına görə, Hidayət Orucov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Cəmiyyət və Din" adı altda keçirilən dəyirmi masada deyib: "Təəssüf ki, hicab və azan məsələsi bəzən islamın Azərbaycanda əsas mahiyyəti kimi dəyərləndirilir".

Hidayət Orucov bu iddia ilə ki xarici qüvvələr də bundan istifadə edərək aksiyalar təşkil etməyə cəhd edirlər qeyd edib ki, azanların verilməməsi ilə bağlı yaranan problemin kökündə digər məsələlər durur.

Təəccüblü görünsə də Komitə sədri deyib : "Azərbaycanda azanların canlı səslənməsi təşəbbüsü irəli sürüləndə məlum oldu ki, canlı azan verə biləcək şəxslər tapılmadı. Köhnə texnologiya ilə səsləndirilən azan isə ətrafdakı uşaq bağçalarında, məktəblərdə tədris keçən uşaqların psixologiyasına mənfi təsir göstərir! "

Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı narahatlığa münasibət bildirən Orucov deyib : " Ölkədə qanunsuz tikililər sökülüb və gələcəkdə də söküləcək. 90-cı illərin əvvəllərində xarici ölkələrdən gələnlər öz düşüncələrinə uyğun olaraq məscidlər tikiblər. Məscidlər isə ali qanunlar səviyyəsində tikilməlidir."

Qeyd etmək lazımdır ki, ötən il qanunsuz tikili adı altda məscidlərin dağıdılması prosesinin müsəlman Azərbaycan Respublikası xalqının etirazları ilə üzləşməsinin ardınca Həzrət Fatimə Zəhra(s) məscidinin sökülməsinə dair qərar ləğv edildi.

  • Yazılıb
  • da (də) 2011 Feb 21