İranda yaşayan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Tehrandakı səfirliyi qarşısında hicaba dəstək aksiyası keçiriblər
Azerbaijan servsi/Aran agentliyi
Səhər TV--İranda yaşayan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Tehrandakı səfirliyi qarşısında hicaba dəstək aksiyası keçiriblər.
Aksiyada " Hicaba azadlıq " , " Sionistlərə ölüm olsun " , " Amerikaya ölüm olsun " , " Allahu Əkbər " , " La İlahə illəlah " , " Dinimiz azad olsun - hicab qadağası ləğv olsun " şuarları səsləndirilib.
Azərbaycan Respublikası vətəndaşı olan hicablı xanımların təşkil etdiyi aksiyada çıxış edən xanımlar vurğulayıblar ki, qadağalara baxmayaraq hicabdan heç vaxt əl çəkməyəcəklər.
Aksiyaçılar həmçinin dindar məhbuslara azadlıq tələb ediblər.