Mart ayında Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin görüşündən öncə ABŞ dövlət katibinin müavini İrəvan və Bakıya səfər edir
Azerbaijan servsi/Aran agentliyi
(Səhər TV)--AR və Ermənistan prezidentlərinin görüşü ərəfəsində ABŞ oyuna düşüb.
Mart ayında Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin görüşündən öncə ABŞ dövlət katibinin müavini İrəvan və Bakıya səfər edir. Səfərin məqsədinin Vaşinqtonun İlham Əliyev-Serj Sarkisyanın növbəti görüşü barəsində Vaşinqtonun istəklərini elan etmək olduğu bildirilir.
ABŞ dövlət katibinin müavini Ceyms Steynberq fevralın 24-25-də İrəvanda səfərdə olacaq.
Əliyev-Medvedyev-Sərkisyan danışıqları ərəfəsində İrəvana səfər edəcək Ceyms Steynberqun Bakıya da gələcəyi gözlənilir.
Minsk qrupunun həmsədri olduğu dövrdə Qarabağ separatçılarının tərəfdarı kimi məşhurlaşan və Bakı medialarının həqiqi simasını gizlətməyə çalışdıqları Metyu Brayzanın Bakıda səfir kimi fəaliyyətə başlaması ilə Dağlıq Qarabağ məsələsində ABŞ-ın təhlükəli hərəkətləri artıb.
Siyasi müşahidəçilərin qənaətincə, ABŞ dünyanın bir neçə ölkələrində, o cümlədən Kosovo və Sudanda ayrılıq və separatçılığı həyata keçirməklə son vaxtlar diqqətini Dağlıq Qarabağa və bu ərazinin Azərbaycan Respublikasından ayrılmasına cəmləyib.