Ötən illərdə Xocalı faciəsi ilə eyni zamanda işğal olunmuş Fələstində Azərbaycan Respublikasının bayağı mahnılar oxuyan ...
Beynalxalq servsis/Aran agentliyi
(Səhər TV)-Ötən illərdə Xocalı faciəsi ilə eyni zamanda işğal olunmuş Fələstində Azərbaycan Respublikasının bayağı mahnılar oxuyan müğənnilərinin konserti və bayramını təşkil edən sionistlər bu il Xocalı faciəsi üçün "matəm" və bu məsələdən sui-istifadə fikrinə düşüblər.
Bakıda nəşr olunan məlumatlara əsasən sionizm cərəyanına ideya baxımından bağlı olan siyasətçilər Xocalı faciəsinin ildönümü münasibəti ilə işğal olunmuş Fələstində sionist rejimin yanında mərasim keçirsinlər.
Bu məlumata əsasən, Azərbaycan Respublikası parlamentinin bir neçə deputatı, o cümlədən Qənirə Paşayeva bu mərasimdə iştirak etmək məqsədilə sionist rejimin qonağı olacaq.
Qeyd etmək lazımdır ki, Qənirə Paşayeva sionist rejimin Maşav kurslarında təlim almış şəxslərdəndir.
Sionist rejim knessetinin bəzi nümayəndələri də iştirak edəcək bu mərasim Diaspora işləri üzrə komitə və ona bağlı qruplaşmalar, o cümlədən sionist rejimdən açıq-aşkar asılılığı olan "DAK"-ın təşəbbüskarlığı ilə təşkil olunacaq.