Əziz İslam peyğəmbəri həzrət Məhəmməd Mustafa(s.ə.s) və İmam Sadiq(ə)-ın səadətli miladı münasibəti ilə Azərbaycan Respublikasında xüsusi bayram mərasimləri və tədbirlər keçirilib
Azerbaijan servsi/Aran agentliyi
Səhər TV-Əziz İslam peyğəmbəri həzrət Məhəmməd Mustafa(s.ə.s) və İmam Sadiq(ə)-ın səadətli miladı münasibəti ilə Azərbaycan Respublikasında xüsusi bayram mərasimləri və tədbirlər keçirilib.
Bakıdakı müxbirimizin məlumatına görə, məscidlərdə keçirilən bu mərasimlərdə İslam peyğəmbəri və İmam Sadiq(ə)-ın fəzilətləri haqda çıxışlar edilib, Əhl Beyt(ə) şairləri tərəfindən şerlər oxunub.
Bakının Nardaran kəndində də bu əziz günlə bağlı xüsusi tədbirlər keçirilib. Kəndin İmam Hüseyn meydanında keçirilən mövlud mərasimində çıxış edənlər müsəlmanlar arasında birlik və həmrəyliyə təkid ediblər. Mərasim iştirakçıları mövlud bayramını şənlik etməklə yanaşı, ölkədə islamofobiya və hicabofobiya siyasətlərini tənqid ediblər.
İslam peyğəmbərinin(s.ə.s) və İmam Sadiq(ə)-ın mövludu ilə əlaqədar Azərbaycan Respublikası hökuməti dövlət səviyyəsində hansısa tədbirin keçirilməsinə təşəbbüs göstərməyib.