Tarix : 2011 Feb 21
Kod 21453

Azərbaycanda hərbi hissələrin birində 7 əsgər ölüb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Murovdağdakı N saylı hərbi hissəsində silahlı insident baş verib, ordunun 7 əsgəri həlak olub
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Murovdağdakı N saylı hərbi hissəsində silahlı insident baş verib, ordunun 7 əsgəri həlak olub.
Yerli mənbələrin verdikləri məlumata görə, Fevralın 20-si səhər 09:00 radələrində hərbi hissənin əsgəri xidməti silahı ilə digər əsgər yoldaşlarını öldürüb. Məlumata görə, silahlı insident zamanı həmin əsgərin özü də ölüb. Hazırda hadisə yerində prokurorluq orqanlarının əməkdaşları hadisənin başvermə səbəbini araşdırır. Hadisə ilə bağlı hələlik Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb.
Bu arada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Murovdağdakı N saylı hərbi hissəsində baş verən silahlı insident zamanı həlak olan əsgərlərin siyahısı açıqlanıb

Azərbaycan Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu hərbi hissədə baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Fevralın 20-də saat 9.40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş vermişdir. Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun əməkdaşları birgə təhqiqat aparmaq üçün hadisə yerinə ezam olunmuşlar. Cinayət işi qaldırılmış, istintaq araşdırmasının nəticəsinə uyğun əlavə məlumat veriləcəkdir.

Orduya İctimai Nəzarət qeyri hökumət təşkilatı Azərbaycan Respublikası ordusunda oxşar hadisələrin təkrarlanmasının səbəbini orduda qanundan kənar rəftarlar adlandırıb.
Azərbaycan Respublikası 1994-cü ildən rəsmi olaraq NATO ilə əməkdaşlıq edir. Dəfələrlə Azərbaycan Respublikası ordusunun NATO standartlarına uyğunlaşdırılması haqda dövlət rəsmiləri müxtəlif bəyanatlar səsləndiriblər. Buna baxmayaraq orduda islahat adı ilə aparılan dəyişikliklər vəziyyətin daha da pisləşməsinə səbəb olub.

  • Yazılıb
  • da (də) 2011 Feb 21