Tarix : 2011 Feb 21
Kod 21454

''Xalqların əzəmətli hərəkətini müsadirə icazəsi verməyin''

İslam İnqilabının Böyük Rəhbəri İslam ölkələri ziyalılarından və alimlərindən zorakı qüdrətlərə müsəlmanların böyük xalq hərəkatını müsadirə icazəsinin verilməməsini istəyib
IIR servsi/Aran agentliyi

İslam İnqilabının Böyük Rəhbəri İslam ölkələri ziyalılarından və alimlərindən zorakı qüdrətlərə müsəlmanların böyük xalq hərəkatını müsadirə icazəsinin verilməməsini istəyib.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei əziz İslam peyğəmbərinin(s.ə.s) və İmam Sadiq(ə)-ın səadətli miladının ildönümü günü münasibəti ilə bu gün səhər ölkə rəsmiləri, islam ölkələrinin Tehrandakı səfirləri və müxtəlif təbəqələrdən olan xalq kütləsi ilə ilə görüşdə xəbərdarlıq ediblər ki, dünya imperializmi regiondakı bazalarını qorumaq ardıncadır. Buna görə də öz məqsədinə nail olmaq üçün var gücü ilə çalışır.

İslam İnqilabının Böyük Rəhbəri ABŞ və digər zorakı qüdrətlərin regiondakı məqsədlərinə işarə edərək, deyiblər: Bu gün qondarma sionist rejim region üçün bir xərçəng şişi mahiyyətini daşıyır və regionu xəstə atmosferin formalaşmasına səbəb olub.

Həzrət Ayətullahülüzma Xamenei bəzi region ölkələrində xalqların mövcud vəziyyətə reaksiyalarını onların uzun illər zorakı qüdrətlər tərəfindən təhqir olunmalarının nəticəsi adlandırıblar və bildiriblər ki, bu gün region ölkələrində ziyalılar, din alimləri və istedadlılar yaranmış vəziyyət qarşısında çox mühüm məsuliyyətə malikdirlər.

İslam İnqilabının Böyük Rəhəbəri region xalqlarının istedadlı şəxslərin rəhbərliyiniə və bələdçiliyinə ehtiyaclı olduqlarını deyərək, vurğulayıblar: Xalqı istiqamətləndirmək lazımdır ki, xalq zorakı qüdrətlərin və dünya imperializminin onların əzəmətli hərəkətlərini müsadirə etmələrinə icazə verməsin. Ehtiyatlı olmaq və xalqı ali məqsədlərə doğru istiqamətləndirmək lazımdır.

Həzrət Ayətullahülüzma Xamenei dünyada 1.5 milyarddan çox müsəlmanın olduğuna işarə edərək, deyiblər: Bu insanlar dünyanın ən strateji, həssas və zəngin məntəqələrində yaşayırlar. Lakin, başqalrı onlara ağalıq edir və onların taleyini başqalrı təyin edir.

  • Yazılıb
  • da (də) 2011 Feb 21