Tarix : 2011 Feb 22
Kod 21485

İran prezidenti gələn ilin büdcəsini parlamentə təqdim edib

İran İslam Respublikasının prezidenti ölkənin gələn il büdcəsini (1390-cı il) İslam Şurası Məclisinə təqdim edib
IIR servisi/Aran agentliyi

İran İslam Respublikasının prezidenti ölkənin gələn il büdcəsini (1390-cı il) İslam Şurası Məclisinə təqdim edib.

Prezident Mahmud Əhmədinejadn bu gün bazar günü büdcə layihəsini parlamentə təqdim etdiyi zaman deyib: Ölkənin gələn il üçün büdcəsi elə bir şəraitdə təqdim olunur ki, ölkə və inqilab çox münasib və hazır şəraitdədir. Məlumatı İRNA verib.

Bütün zəmin və imkanların yüksək mədəni, iqtisadi və siyasi sıçrayışlar üçün olduğunu vurğulayan cənab prezident deyib: Bir çox infrastrukturlar və lazımi qanun-qaydalar hazırlanıb.

Ölkənin 5-ci inkişaf proqramının xalq və hökumət nümayəndələrinin əməkdaşlığı ilə hazır olduğuna toxunan İran prezidenti deyib: Ölkənin ümumi atmosferi ümid, iman və İslam İnqilabının yüksək amallarının izlənilməsi istiqamətindədir.

Əhmədinejad sonda bildirib ki, qərar çıxaran, müdir və xalqın xidmətçiləri ayıqlıq, uzaqgörənlik, dəqiq və əsaslı proqramlaşdırmalarla inkişaf qüllələrinə doğru hərəkət edirlər. 

  • Yazılıb
  • da (də) 2011 Feb 22