Tarix : 2011 Feb 22
Kod 21486

Rusiya dəmiryolu sahəsində İranla əməkdaşlıqların inkişafında maraqlıdır

Rusiyanın Dövlət Dəmiryol Şirkətinin sədr müavini Rusiya Federasiyasının İran İslam Respublikası ilə əməkdaşlıqların genişləndirilməsində olduğunu bildirib
Rusiya servisi/Aran agentliyi

(Səhər TV)-Rusiyanın Dövlət Dəmiryol Şirkətinin sədr müavini Rusiya Federasiyasının İran İslam Respublikası ilə əməkdaşlıqların genişləndirilməsində olduğunu bildirib.

İRNA-nın məlumatına əsasən, Rusiya Dövlət Dəmiryol Şirkətinin sədr müavini Aftandil Qorqiladze İran və Rusiyanın nəqliyyat, xüsusilə də "Şimal-Cənub" beynəlxalq koridorunun genişlənməsi sahəsində əməkdaşlıqlarının gözəl perspektivlərinə toxunaraq deyib: Rusiya İranla əməkdaşlıqların, xüsusilə də dəmiryol nəqliyyatı şəbəkələri sahəsində inkişaf etdirilməsində maraqlıdır.

Şimal-Cənub beynəlxalq koridoru layihəsi İran, Hindistan, Rusiya və Avropanın şimal ölkələrini bir-birinə birləşdirir.


Qorqiladze habelə deyib: İranla əməkdaşlıqların inkişafı siyasətinin icrası istiqamətində Rusiyanın Dövlət Dəmiryol Şirkəti İranda Rəşt-Astara dəmiryolunun çəkilməsində 160 km uzunluqda iştiraka qərar verib. 

  • Yazılıb
  • da (də) 2011 Feb 22