Tarix : 2011 Feb 22
Kod 21487

İranın hərbi gəmiləri Süveyş kanalına daxil olublar

İran İslam Respublikası ordusunun dəniz qüvvələrinin hərbi gəmiləri Süveyş kanalında daxil olublar
IIR servisi/Aran agentliyi

İran İslam Respublikası ordusunun dəniz qüvvələrinin hərbi gəmiləri Süveyş kanalında daxil olublar.

Röyterz İnformasiya Agentliyi Süveyş kanalının məsul şəxslərindən birinə istinadən bildirir ki, İranın iki hərbi gəmisi bu gün səhər bu kanala daxil olub və Aralıq dənizinə doğru hərəkət etməkdədirlər.

Bundan öncə Livanın bir təhlükəsizlik rəsmisi Suriya və Livan sahillərində tufan səbəbinə görə İranın iki hərbi gəmisinin Süveyş kanalı vasitəsi ilə keçməsinin təxirə salındığını bildirmişdi.

İranın iki hərbi gəmisi 33 min tonluq "Xarək" texniki dəstək və yanacaqdoldurma gəmisi və 1500 tonluq "Əlvənd" freqatı nəql edir.

"Xarək" gəmisinin 250 işçisi var və 3 vertolyotu aparmaq qabiliyyətinə malikdir. Əlvənd freqatı isə torpeda və gəmiyə qarşı raketlərlə təchiz olunub. 

  • Yazılıb
  • da (də) 2011 Feb 22