Azərbaycan Respublikası ordusunun vəziyyətindən narazı olanlar Beynəlxalq Səhər telekanalına ünvanlanmış sms və e-poçtda ...
Azərbaycan servisi/Aran agentliyi
20 fevralda Göygöldə bir hərbi hissədə Azərbaycan Respublikası ordusunun 7 hərbçisinin həlak olması ardınca, bu respublikanın hərbi quruluşuna hakim vəziyyətə xalqın kəskin etirazları bir daha güclənib.
Azərbaycan Respublikası ordusunun vəziyyətindən narazı olanlar Beynəlxalq Səhər telekanalına ünvanlanmış sms və e-poçtda önəmli məsələləri qeyd edib və Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən kənarlaşdırılmasını istəyirlər.
- Azərbaycan Respublikası Ordusunda hərbi düşmən erməniləri unudub öz arasında cinayətlərə al atıblar. Sərhədlərdə adam qalmayıb. İmkanı olan rüşvət verib əsgərləri arxa cəbhələrə saldırırlar. Əgər namərd düşmən hücuma keçsə, sərhədlərimizi zəbt eləyərlər. Azərbaycan ordusunun 7 nəfər əsgəri öldürülüb. Bunu Azərbaycan televiziyaları layiqincə açıqlamırlar. Hərbidə nə baş verir? Rüşvətmi, ədalətsizlikmi, haqsızlıqmı, zorlamamı, təcavüzmü, nə olur ki, Azərbaycan əsgərləri bir-birilərini öldürürlər?! - ZAQATALA RAYONU HƏMDİ HƏSƏN
- POLİS və HƏRBİ pula xidmət göstərir. Azərbaycanda ƏDALƏT deyə bir şey yoxdur. Bu bizim üçün acı bir sondur. Ey Cənab Prezidentimiz səsimizi duymamazliqdan gəlmə. - Kərbəlayı Muhuma Aqilov Şəki rayon sakini
- Gənc əsgərin cəbhə xəttində deyil hərbi hissədə cinayət nəticəsində ölümü xalqımızı ayıldacaqmı? Prezident özünə bəraət qazandırmaq üçün olsa da, Səfər Əbiyevi ordunun başından kənarlaşdırmalıdır. O yalnız NATO planlarını yerinə yetirir. - Əziz - Nardarandan
- Tunis ölkəsində bir nəfərin özünü yandırmaq həddinə boğazına yığılması ölkənin bütün xalqını ayağa qaldırdı. Bəs biz nə vaxta qədər dözməliyik? 7 əsgəri bir gündə öldürdülər amma dövlətin vecinə gəlmir. Bəs xalq necə? Hələdə susacaq? Zaur.