Azərbaycan Respublikası telekanalları bu ölkənin Tehrandakı səfirliyi önündə Azərbaycan Respublikasının onlarla vətəndaşının etiraz aksiyasını işıqlandırmaqdan çəkiniblər
Azərbaycan servisi/Aran agentliyi
(Səhər TV)-Azərbaycan Respublikası telekanalları bu ölkənin Tehrandakı səfirliyi önündə Azərbaycan Respublikasının onlarla vətəndaşının etiraz aksiyasını işıqlandırmaqdan çəkiniblər.
Bu aksiyadan iki gün keçməsinə baxmayaraq, yalnız bir neçə xəbər saytı, o cümlədən Faktxeber, Salam-news bu aksiya ilə əlaqədar xəbəri işıqlandırıblar.
Hicablı məktəblilərin orta məktəblərə girişinə qadağanın davam etməsinin ardınca, İranda yaşayan onlarla Azərbaycan Respublikasının qadın vətəndaşı bu ölkənin Tehrandakı səfirliyi önündə aksiya keçirib. Öz hökumətlərinin islamofobiya hərəkətlərini pisləyən azəri xanımlar orta məktəblərdə hicab qadağasının ləğv olunmasını tələb ediblər.
Əllərində hicabın dəstəklənməsi ilə əlaqədar plakatlar olan aksiyaçılar "Hicaba riayət azad olmalıdır", "İsrailə ölüm", "ABŞ-a ölüm" və "Bizim dini etiqadlarımıza hörmət edin" şüarları səsləndirərək Azərbaycan Respublikası orta məktəblərində hicab qadağasının ləğv olunmasını istəyiblər.
Aksiyaçılar bir bəyanatla hicab qadağasının tez bir zamanda ləğv olunması və hicabofobiyaya qarşı etiraz edən islam fəallarının azad olunmasını tələb ediblər.
Bundan öncə də Azərbaycan Respublikasının Bakı, Lənkəran, Gəncə şəhərlərində, Nardaran qəsəbəsində, habelə Türkiyə və Rusiyada da Azərbaycan Respublikasının orta məktəblərində hicab qadağasına etiraz əlaməti olaraq aksiyalar keçirilib.
Vahid məktəbli geyimi qanunun icra olunması bəhanəsi ilə orta məktəblərdə hicabın qeyri-qanuni qadağan olunması və hicabofobiyaya qarşı etirazçı və islam fəallarının həbs olunması Azərbaycan Respublikasında xalq tənqidlərinin artmasına səbəb olub.