ABŞ-ın Bakıdakı səfiri Metyu Brayza Azərbaycan Respublikası və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Soçidə baş tutacaq növbəti görüşünü əhəmiyyətli adlandırıb
Azərbaycan servisi/Aran agentliyi
ABŞ-ın Bakıdakı səfiri Metyu Brayza Azərbaycan Respublikası və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Soçidə baş tutacaq növbəti görüşünü əhəmiyyətli adlandırıb.
Əvvəllər Minsk qrupunun amerikalı həmsədri kimi fəaliyyət göstərən Brayza deyib: Hazırkı vəzifəmdə ABŞ-ın Bakıdakı səfiri kimi müzakirələrdə Minsk qrupu həmsədrlərinə kömək etməyə çalışacağam. Əsas məqsəd iki tərəfli sazişlərə əsasən uzunmüddətli sülhə nail olmaqdır.
M.Brayza iddia edib ki, ABŞ və Azərbaycan Respublikasının ikitərəfli əlaqələrində müxtəlif məsələlərin heç birinin Qarabağ qədər əhəmiyyəti yoxdur.
Brayza bildirib: Dağlıq Qarabağ münaqişəsi üçün hərbi həll yolu mövcud deyil və Minsk qrupu həmsədrlərinin məqsədi də, münaqişənin hərbi vasitədən istifadə edilmədən həllinə nail olmaqdır.