Tarix : 2011 Feb 23
Kod 21507

Iranın XİN başçısı İraqın baş nazir müavinini qəbul edib

İran İslam Respublikasının xarici işlər naziri və İraqın baş nazir müavini bütün sahələrdə ikitərəfli əməkdaşlıqların inkişafını vurğulayıblar
IIR servsi/Aran agentliyi

İran İslam Respublikasının xarici işlər naziri və İraqın baş nazir müavini bütün sahələrdə ikitərəfli əməkdaşlıqların inkişafını vurğulayıblar.

Əliəkbər Salehi bu gün bazar İraqın baş nazir müavini Hüseyn Şəhristani ilə Tehranda görüşdə iki ölkənin gözəl münasibətlərindən razılığını bildirib: İran və İraq rəsmilərinin iradəsi münasibət və əməkdaşlıqların inkişafı istiqamətindədir.

İİR-nin müxtəlif sahələrdə gözə çarpacaq texniki elmə malik olduğunu deyən Salehi bildirib: Tehran və Bağdad xarici ölkələrə ehtiyac duymadan öz əməkdaşlıqların bu sahədə genişləndirə bilərlər.

Bağdadın Tehranla əməkdaşlığı genişləndirmək ardınca olduğunu deyən İraqın baş nazir müavini söyləyib: Region proseslərini nəzərə aldıqda İran və İraqın əlaqələrinin genişlənməsi zəruridir.

İraqın baş nazir müavini enerji sektorunda birgə əməkdaşlıqların genişləndirilməsinə toxunaraq deyib: İİR-nin qabiliyyət, təcrübə və potensiallarını nəzərə aldıqda bu sahələrdə İraqa kömək edə bilər.

  • Yazılıb
  • da (də) 2011 Feb 23