İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ-a qarşı beynəlxalq oyanış dalğasının genişlənməkdə olduğunu bildirib
IIR servsi/Aran agentliyi
(Səhər TV)-İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ-a qarşı beynəlxalq oyanış dalğasının genişlənməkdə olduğunu bildirib.
Müxbirimizin məlumatına əsasən, Səid Cəlili çərşənbə axşamı günü Ekvador parlamentinin sədri Kordo ilə Tehranda görüşüb. Görüşdə ABŞ-ın Latın Amerikası və Yaxın Şərq regionlarında diktator rejimlərinin ən böyük hamisi olduğunu deyən Səid Cəlili söyləyib: Beynəlxalq imperializmə qarşı oyanış dalğası genişlənməkdədir.
Amerikanın diktaturaların dəstəklənməsi bataqlığında çapaladığını bildirən Cəlili deyib: Diktatura rejimlərinə qarşı xalq hərəkətləri xalqların müstəmləkəçilərlə davranışıdır.
"İran İslam Respublikasının prinsipial siyasəti həmişə imperialistlər qarşısında zəifləri dəstəkləmək olub" -deyə Cəlili xatırladıb.
Ekvador parlamentinin sədri Kordo da İran İslam Respublikasının regional və beynəlxalq səviyyədə təsirli rolunu vurğulayaraq deyib: Birgə mövqelər əməkdaşlıqların genişlənməsi üçün münasib zəminlərdir.