Tarix : 2011 Feb 23
Kod 21509

Bakıda möhtəşəm mövlud bayramı

İslam Peyğəmbəri (s) gəldiyi dönəmə fikir versək, görərik ki, o, su olmayan bir ərazidə təmizlik istəyib. Qızlarını diri-diri basdıran cəmiyyətdə qadını dəyərə qaldırıb
Azerbaijan servsi/Aran agentliyi

Səhər TV--" İslam Peyğəmbəri (s) gəldiyi dönəmə fikir versək, görərik ki, o, su olmayan bir ərazidə təmizlik istəyib. Qızlarını diri-diri basdıran cəmiyyətdə qadını dəyərə qaldırıb".
Bunu Cümə İcmasının sədri Hacı İlqar İbrahimoğlu Bakıda möhtəşəm mövlud bayramında vurğulayıb.
İslam-Azəri saytı Dəyərlər saytına istinadən verdiyi xəbərə görə, Hacı İlqar İbrahimoğlu əlavə edib : " Az sayda əli qələm tutan bir topluma "Elm Çində də olsa, arxasınca get" əmrini verib. Görəsən Peyğəmbər (s) müasir elmi-texnoloji inqilab dövründə, kompüter, kosmos əsrində gəlsəydi, nə istərdi? Təssüflər olsun ki, XXI əsr insanı bəzən VII əsrin tələblərinə də cavab vermir. Artıq bu gün bəhanələr aradan qalxıb. Əlaqə vasitələri və nəqliyyat rahatlaşıb. Ancaq hələ də insanlar bəhanələr tapırlar. İnsanlar elə bilirlər ki, 2-3 məsələni yerinə yetirməklə İslam bitir. Əlbəttə, bu, belə deyil. İslam bir yaşam tərzidir və bizim bütün həyatımızı əhatə edir".

  • Yazılıb
  • da (də) 2011 Feb 23