Amerikanın ''Washington Post'' qəzeti Misir və Tunisdə diktatorların xalqdan oğurladıqları milyardlarla vəsaitin taleyi haqqında dərc ...
Azerbaijan servsi/Aran agentliyi
ABŞ-ın "Washington Post" qəzeti Azərbaycan Respublikası prezidentini Hüsnü Mübarək və Bin Əli sırasında olan şəxs kimi dəyərləndirib.
Amerikanın "Washington Post" qəzeti Misir və Tunisdə diktatorların xalqdan oğurladıqları milyardlarla vəsaitin taleyi haqqında dərc etdiyi məqalədə Azərbaycan Respublikasında prezidenti İlham Əliyev ailəsinin topladığı sərvəti də xatırlayıb.
Məqalədə qeyd olunur ki, adı Əliyev mənasını verən Bin Əlinin Tunisdəki hakimiyyəti devrildikdən sonra İsveçrə hökuməti ölkəsində yerləşən banklara Bin Əliyə məxsus şübhəli pul vəsaitlərinin toplandığı bank hesablarının dondurulması haqda göstəriş verdi. Bir neçə gündən sonra isə Avropa İttifaqı da Bin Əlinin bütün aktivlərinin dondurulması barədə qərar qəbul etdi. Elə həmin ay Hüsnü Mübarəkin istefa verdiyi gün İsveçrə hökuməti ölkəsindəki banklara bu dəfə Hüsnü Mübarəkin 30 il hakimiyyətdə olduğu müddətdə topladığı 100 milyardlarla vəsaitin toplandığı bank hesablarının dondurulması barədə müraciət ünvanlayıb.
Qəzet əlavə edib : " Əgər həqiqətən də Bin Əli və Hüsnü Mübarək öz varidatlarını qeyri-qanuni yollarla toplamışlarsa və onları xarici banklarda gizlədirmişlərsə, o zaman İsveçrə hökuməti, Avropa İttifaqı və ABŞ nədən bu diktatorların devrilməyini gözlədilər və buna qədər heç bir tədbir görmədilər?
Həmçinin 11 yaşlı oğlunun adına Dubayda 44 milyon dollar dəyərində villa alan Azərbaycan Respublikası prezidenti İlham Əliyevin adına işarə edən "Washington Post" qəzeti yazıb : «Xalqdan oğurlanan pullar xalqa qaytarılmalıdır»
Son zamanlar ABŞ-ın önəmli jurnallarından və bu ölkənin xarici əlaqələr şurasının orqanı hesab olunan Foreign Policy jurnalı Misir və Tunis və digər ərəb ölkələrindəki xalq qiyamlarının Azərbaycan Respublikasına da sirayət etməsi ehtimalını verib və yazıb: 2003-cü ildə hökumətin mərhum Heydər Əliyevdən oğlu İlham Əliyevə ötürülməsi müxaliflərin aksiyalarına səbəb olmuşdu.