Özünü Dağlıq Qarabağda qondarma rejimin prezidenti hesab edən erməni separatçılarının rəhbəri Bako Saakyan Qarabağın Azərbaycan ...
Ermənistan servisi/Aran agentliyi
Özünü Dağlıq Qarabağda qondarma rejimin prezidenti hesab edən erməni separatçılarının rəhbəri Bako Saakyan Qarabağın Azərbaycan Respublikasından ayrılması və Ermənistana birləşməsi ilə əlaqədar Dağlıq Qarabağ Muxtar Respublikası Ali Şurasının istəyinin təsdiqlənməsinin 23-cü ildönümü münasibəti ilə müraciət edib. Müraciətdə Saakyan bu günü qondarma "milli hərəkat"ın başlanğıcı hesab edib.
Erməni mənbələrin məlumatına əsasən Bako Saakyan iddia edib ki, 23 il öncə 20 fevralda baş verənlər separatçı Qarabağ ermənilərinin həyatında "milli hərəkat" kimi hesab edilir.
Onun iddialarına görə bu gündə separatçı Qarabağ erməniləri "beynəlxalq standartlar"a uyğun "müstəqil" və "demokratik" bir ölkənin təsis olunması üçün maraq və imkanlarını elan edib! Bako Saakyan müraciətinin davamında separatçı ermənilərin yolunun ötən 23 il ərzində çox çətin olduğunu lakin, bu gün Qarabağda bu "müstəqil" ölkənin möhkəmlənməsi üçün bütün şəraitin təmin olunduğunu da iddia edib!!
Siyasi müşahidəçilərin qənaətincə, Qarabağ erməni separatçıları onların xeyrinə olan Minsk qrupu həmsədrlərinin vaxt əldə etmək siyasətindən yararlanaraq çalışıblar ki, Qarabağ məntəqəsində öz şəraitlərini təsbit etsinlər və Qarabağ məsələsində Minsk qrupu həmsədrlərinin vasitəçilik monopoliyası ilə Bakı və İrəvanın razılaşmasından faydalansınlar.