Tarix : 2011 Feb 24
Kod 21525

İran prezidentindən Qəddafiyə nəsihət: Xalqın səsini dinlə!

İran İslam Respublikası prezidenti Liviya xalqının qırğın edilməsinə işarə edərək, bu ölkə başçısına xalqın istəyinə boyun əyməyi tövsiyə edib
IIR servisi/Aran agentliyi

İran İslam Respublikası prezidenti Liviya xalqının qırğın edilməsinə işarə edərək, bu ölkə başçısına xalqın istəyinə boyun əyməyi tövsiyə edib.
Fars xəbər agentliyinin məlumatına görə Mahmud Əhmədinejad bu gün nazirlər kabinetinin iclasının sonunda müxbirlər qarşısında regionda cərəyan edən xalq qiyamlarına işarə edərək, deyib: Dünya böyük dəyişiklik ərəfəsindədir. Əlbəttə, qarşıdan gələn dəyişiklik dalğası bütün dünyanı bürüyəcək, öz təsiri altına alacaq.

M.Əhmədinejad insanların baxışlarının bütün dünyanı əhatə etməli olduğunu deyərək, vurğulayıb: Xalqlar ədalətli quruluşa və qlobal əlaqələrə ehtiyaclıdırlar. Hamının hüquqları və insani kəramət təmin edilməlidir. Sərvət sahibləri ilə yoxsullar arasındakı fasilə azalmalı, insanlara qarşı zülm və zorakılığın kökü kəsilməlidir.
İran prezidenti Liviya xalqının qırğın edilməsi haqda isə deyib: Bu necə olur ki, bir nəfər öz xalqını bombardman eləyir?
M.Əhmədinejad bəzi dövlət başçılarına xitabən deyib: İcazə verin xalqlar öz sözlərini desinlər, söz azadlığına, kəramətə və hörmətə malik olsunlar.
İran prezidenti sonda deyib: Bu böyük xalq dalğasının ardınca mühüm dəyişikliyin baş verməsini gözləyirik və bu dalğa bütün fitnəkarların kökünü kəsəcək. 

  • Yazılıb
  • da (də) 2011 Feb 24