Azərbaycan Respublikasında sionist İsrail rejiminə qarşı nifrət və qəzəbin artması habelə, təhlükəsizliklə bağlı xəbərdarlıqların ardınca Bakının ...
Azərbaycan servisi/Aran agentliyi
Səhər TV-Azərbaycan Respublikasında sionist İsrail rejiminə qarşı nifrət və qəzəbin artması habelə, təhlükəsizliklə bağlı xəbərdarlıqların ardınca Bakının Həyat otelinin rəyasət heyəti İsrail səfirliyinin otel binasından köçürülməsini istəyib.
Bakıdakı müxbirimizin yerli mənbələrə istinadla verdiyi məlumata görə, Bakının Həyat otelinin rəyasət heyəti sionist İsrail rejimi səfirliyinin bu oteldəki varlığını otelin təhlükəsizliyini zəiflədən amil adlandırıb. Belə ki, bu məsələyə görə oteldə qalmaq istəyən xarici qonaqların sayı kifayət qədər azalıb. Elə buna görə də otelin rəyasət heyəti səfirliyin oteldən köçürülməsini istəyib.
Bu məlumata görə, sionist İsrail rejiminin Bakıdakı səfirliyinin naməlum məkana köçürüldüyü ehtimal edilir və Təl-Əvivin tövsiyəsi əsasında sionist diplomatlar evlərində qalaraq, insanlar arasına çıxmaqdan çəkinirlər.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov bu məsələ ilə bağlı rəsmi məlumatın daxil olmadığını deyərək, səfirliyin məkanı və ya telefon nömrələrinin dəyişdirilməsi kimi hallarda Nazirlik yazılı formada məlumatlandırılmalıdır.
İsrail rejiminin Bakıdakı səfiri Mixail Lavon Lotem bundan öncə bildirmişdi ki, İsrail səfirliyi texniki və locistik məsələlərə görə öz fəaliyyətini dayandırıb. Amma, KİV-lər bunun səbəbini təhlükəsizlik məsələləri adlandırıblar və bir müddət sonra iddia edildi ki, səfirlik öz fəaliyyətini bərpa edib.
Bundan öncə sionist İsrail rejiminin Xarici İşlər Nazirliyi, bu rejim səfirliklərinə qarşı terror aktlarının həyata keçirilməsi adlandırdığı məsələni bəhanə edərək İsrailin bəzi ölkələrdə o cümlədən Misir, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, Fil Dişi, Mali, Mavritaniya və Venesueladakı səfirliklərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən xəbər vermişdi.
22 günlük Qəzzə müharibəsi, sionist rejim komandoslarının Azadlıq karvanına hücum və 9 Türkiyə vətəndaşını şəhid etməsinin həmçinin, Azərbaycan Respublikasında islamofobiya və hicabofobiya siyasətlərinin izlənilməsində sionist rejimin rolunun ifşa edilməsinin ardınca Azərbaycan xalqının sionist İsrail rejiminə qarşı qəzəb və nifrəti daha da artıb.
Ümumdünya Qüds günündə Azərbaycan Respublikasında onlarla nəfər sionist İsrail səfirliyinin yerləşdiyi Bakının Həyat oteli qarşısında etiraz aksiyası keçirərək, bu səfirliyin bağlanmasını və Bakı-Təl-Əviv əlaqələrinin kəsilməsini istəmişdi.