Tarix : 2011 Feb 24
Kod 21527

İslam şurası məclisinin nümayəndəsi Azərbaycan respublikasında hicaba qarşı qoyulmuş qadağanı Ba...

Azərbaycan xalqı dini və etiqadi məsələlərdə həssasdırlar
Aran agentliyi/Azərbaycan

 

   Azərbaycan xalqı dini və etiqadi məsələlərdə həssasdırlar.

   “Aran” xəbər mərkəzinin Qafqazın mədəniyyət mərkəzindən verdiyi məlumata görə İslam şurası məclisinin nümayəndəsi  Cavad Səbur Qafqazın mədəniyyət mərkəzinin Azərbaycan respublikasında olan son mədəniyyət və etiqadi məsələlərə işarə edərək dedi  : “Buna baxmayaraq ki, Azərbaycan 70-il Komminist hökümətindən və Qərbin liberal hakimiyyətindən sonra bu ölkədə baş verən son hadisələr onu göstərir ki, Azərbaycan etiqadi və dini məsələlərdə həssasdır”. O əlavə edərək dedi :  “Bu ölkədə hicabın orta məktəblərdə  qadağan olması bu dövlətin konistitusiyasına zid olan qanun və Azərbaycanın 80%dan çoxu şiə olan xalqına zülmdür”.

   Ərdəbil xalqının nümayəndəsi hazırki vəziyyətə işarə edərək onu Komminist zamanı ilə müqayisə edib, İranın Qafqaz məsələsinə olan diqqətini tarixi zərurət olduğunu qeyd elədi.

   İslam şurası məclisinin nümayəndəsi  əlavə edərək dedi  : “Gərək hazırda İranla Qafqazın mədəniyyət əlaqələri dahada güclənsin, çün ki, Qafqaz mədəniyyət və ictimaiyyət baxımından İranla bir çox müştərək xüsusiyyətlərə malikdir. Hal-hazırda məntəqədə olan adət-ənənələr bu iddiaya bir dəlildir”.

   Cavad Sabir dedi  :  “Qafqaz ərazisi xüsusən Azərbaycanın şiə cəmiyyətinin çoxluq təşkil etməyi, bu ölkənin dini məsələlərə, köklü etiqada və əhd-peymanla və bununla bərabər iqtisadi və mədəniyyət imkanlarına malik olmağı bizim üçün əhəmiyyət daşıyır”.  

   Bunuda qeyd edək ki, Qafqaz mədəniyyət mərkəzinin mətbuat konfransı keçən həftənin birinci günü Azərbaycan respublikasında hicaba qarşı qoyulmuş qadağa mövzusunda keçirilib.

Xəbərin sonu.

  • Yazılıb
  • da (də) 2011 Feb 24