Tarix : 2011 Feb 25
Kod 21543

Misir Mərdanovun 8 Mart korrupsiyası

ORTA MƏKTƏBLƏRDƏ RÜŞVƏT ƏVVƏLKİ QAYDADA VƏ ƏVVƏLKİ TEMPLƏ YIĞILMAQDADIR
Azerbaijan servsi/Aran agentliyi

Bütün ölkənin korrupsiya və rüşvətə qarşı mübarizə apardığı bir dönəmdə Misir Mərdanovun nəzarət zonasından yenə də "qara xəbərlər" gəlməkdədir. Daxil olan xəbərlər də təsdiqləyir ki, təhsil sistemində hər şey əvəlki kimidir: köhnə müəllimlər, köhnə ab-hava, köhnə korrupsiya…

Bu barədə "Paliqon İnformasiya Agentliyi"-nə şikayətlənən valideynlərdən biri bildirir ki, ölkədə baş verən hadisələri diqqətlə izləyir və prezidentin rüşvətxorluğa qarşı başlatdığı kampaniyanı sevinclə qarşılayıb: "2 övladım orta məktəbdə təhsil alır. Elə bilirdim ki, bundan sonrat daha rüşvət verməyəcəm. Əslində buna inanmırdım da. İnanmaq istəyirdim. Amma belə olmadı".

Şikayətçi bildirir ki, övladlarının oxuduğu orta məktəblərdə heç nə dəyişməyib: "Yenə də əvvəlki qaydada rüşvət yığırlar. Hətta qarşıdan 8 Mart bayramı münasibəti ilə hər bir şagirddən müəllimlərə hədiyyə alınması üçün 30 manat pul istəyiblər. Mən də kasıb adamam. Evimə bir ay ərzində 200 manat pul girəndə sevinirik. İndii müəllimlər iki uşağa görə məndən 60 manat istəyirlər. Bəs korrupsiyaya qarşı mübarizə harda qaldı?"

Adının çəkilməsindən ehtiaytlanan şikayətçinin söyldiklərini dəqiqləşdirmək üçün bir neçə orta məktəbə də baş çəkdik. Orta məktəblərin şagirdləri də 8 Mart üçün pulyığımını təsdiqlədilər. Deməli, möhtərəm Misir müəllim ya ölkədəki son duruma ayaq uydurmaq istəmir, ya da ona belə xoşdur…

  • Yazılıb
  • da (də) 2011 Feb 25