Azərbaycan Mübariz Ruhanilər Cəmiyyəti respublikada baş verən hadisələrə münasibət bildirməyi öz ilahi vəzifəsi sayır
Azerbaijan servsi/Aran agentliyi
Azərbaycan Mübariz Ruhanilər Cəmiyyətirespublikada baş verənhadisələrə münasibət bildirməyi öz ilahi vəzifəsisayır. Son günlər QMİsədri şeyx Allahşükür Paşazadənin fəallaşması vəölkədə baş verənrepressiyalara don geyindirmək cəhdi diqqət mərkəzindədir.
Şeyx hər vəchlə mövcud rejimin dindarlara qarşı apardığırepressiyaları,
ən mühümü hicab qadağasını gündəmdən çıxarmağa çalışır vəxalqıncavabsız qalmış suallarını öz səviyyəsində şərhlərlə cavablandırmaqistəyir. Şeyx unudur ki, Azərbaycanda dinə və dindarlara qarşırepressiv
hərəkətlər artıq ölkə hüdudlarını aşıb, Türkiyə, İran, Rusiya, Ukrayna,
Gürcüstan, Belarus kimi söz sahibi olan ölkələrdə hadisələrlə bağlıbəyanatlar verilir, Azərbaycan dövləti insanların konstitusionhüquqlarının bərpasına çağırılır.
Şeyx bildirir ki, Azərbaycandaəvvəllər 18 məscid olub və müstəqillikdən
sonra məscidlərin sayı 1800-əqədər artıb. Şeyx bu sayda məscidləriolan bir xalqın prezident aparatıqarşısında səcdəyə gedib şüküretməsini zəruri sayır və narazı insanlarınankorluqda ittiham edir.
Şeyxin nəzərinə çatdırmalıyıq ki, müsəlman birməmləkətdə məscidlərinsayını 18-ə endirən elə Heydər Əliyevin sovet rejimiolub. Xalqın alıntəri bahasına tikilmiş məscidlər müsadirə edilərək anbara, kitabxanaya,
kluba çevrilib. İndi qəsb olunmuş mülklərin geri qaytarlımasınıƏliyevrejiminin dinə sevgisi kimi dəyərləndirmək ən azı cahiliyyətdir.
Azərbaycan dövləti olsun ki, siyasi divident qazanmaq xatirinə haradasaməscid təmir edib. Amma bu gün ölkədə mövcud olan 1800 məscidintikintisini dövlətə aid etmək xalqın haqqını tapdamaqdır.
ŞeyxAzərbaycan respublikasında dini azadlıqların ən yüksək səviyyədəolduğunubildirməklə öz şəxsiyyətini ortaya qoyur. Bir ölkədə hicabqadağan edilirsə, xalqın sevdiyi təqvalı insanlar, Quran hafizlərişərlənərək həbsə alınırsamövcud rejim şeyx tərəfindən mədh yox, ittiham
olunmalıdır.
Təsəvvüredin ki, Azərbaycan xaricində müsəlmanların qürurla xatırladığı
HacıZülfüqar Mikayılzadə kimi gənc bir din alimi həbsxanadadır. Kim də
bilməsəşeyx gözəl bilir ki, o özü hacı Zülfüqardan azı 10 il elmöyrənməlidir. Məgər tarixdə hacı Zülfüqar kimi insanlar tez-tezmiyetişir. Xalqınankorluqda ittiham edən şeyx nə üçün hacı Zülfüqar kimibir ilahi nemətihəbsxanada çürüdən rejimi nankor saymır?!
Cənab şeyx ölkədə stabillikolduğunu bildirir. Bu necə stabillikdir ki,
bütün məmurlar çamadanlarınıbağlayıb satartda dayanıblar?! Azərbaycanoliqarxlarının neçə faiz kapitalıAzərbaycan banklarında saxlanılır?
Dövlət yetkililərinin öz kapitalınıxarici banklarda saxlaması birsübutdur ki, onlar Azərbaycanı stabil ölkəsaymırlar. Elə şeyx özü də öz
sözlərinə şübhə etməmiş deyil. Nə yaxşı olarki, xalqdan oğurlanmışpullar Avropa banklarında dondurulmamış elə xalqınözünə qaytarıla.
Azərbaycan Mübariz Ruhanilər Cəmiyyəti bir daha şeyxinnəzərinə çatdırır
ki, bu don geyindirmə cəhdləri əbəsdir və etirazlarındayanması üçünkonkret işlər görülməlidir:
1. Qeyri-rəsmi hicabqadağasının aradan qaldırılması ilə bağlı rəsmi bəyanat verlməlidir;
2. Müxtəlif bəhanələr, şərləmələr yolu ilə həbsə alınan İslam fəalları azadlığaçıxmalıdır;
3. İslam dəyərləri və İslam kəsiminə qarşı ögey münasibətəson qoyulmalı
və baş vermiş hadisələrdə, dindarların konstitusionhüquqlarınınpozulmasında təqsirli məsullarcəzalandırılmalıdır.
Mübariz Ruhanilər Cəmiyyəti