Tarix : 2011 Feb 25
Kod 21545

İran gəmiləri Aralıq dənizinə sülh və dostluq müraciəti aparıblar

İran İslam Respublikası ordusunun Hərbi Dəniz Qüvvələri komandanı İranın hərbi gəmilərinin Aralıq dənizinə səfər etmələrinin region xalqları üçün sülh və dostluq müraciətinə malik olduğunu bildirib
IIR servsi/Aran agentliyi

Səhər TV-İran İslam Respublikası ordusunun Hərbi Dəniz Qüvvələri komandanı İranın hərbi gəmilərinin Aralıq dənizinə səfər etmələrinin region xalqları üçün sülh və dostluq müraciətinə malik olduğunu bildirib.

Müxbirimizin məlumatına görə, admiral Həbubulla Səyyari Suriyanın paytaxtı Dəməşq şəhərinə daxil olduqdan sonra müxbirlər qarşısında deyib: Hər bir ölkənin dəniz qüvvələri hərbi gəmilərə malikdir. Və bu ölkələrin hərbi dəniz qüvvələrinin bir-birinə baxış keçirmələri tamamilə qəbul olunmuş məsələdir.

Admiral Səyyari həmçinin İsrail rejiminin İran gəmilərinin Aralıq dənizinə daxil olması ilə bağlı nigaranlıqlarına işarə edərək, deyib: Sionist rejim özü üçün bəzi nigaranlıqlara malik ola bilər. Və İran İslam Respublikasının Dəniz Qüvvələrinin bu hərəkətini öz baxışı ilə dəyərləndirə bilər.Amma, İranın Dəniz Qüvvələri öz proqramları əsasında habelə, region ölkələri və dost ölkələr ilə münasibətlərinə uyğun rəftar edir.

İran İslam Respublikasının Dəniz Qüvvələri komandanı İranın hərbi gəmilərinin Misir dövlətinin ahəngdarlığı ilə Süveyş kanalından keçdiyini qeyd edərək, Suriyanın Laziqiyyə limanında İran gəmilərinin qarşılanmasını, Suriya ordusu və dəniz qüvvələri rəsmiləri ilə görüşüb, danışıqların aparılmasını ikitərəfli əməkdaşlıqlar, hərbi təlimlər, texniki və regional əməkdaşlıqlarhaqda fikir mübadilələrinin aparılmasını Suriyaya olan səfərinin əsas məqsədləri adlandırıb.

İran İslam Respublikasının Dəniz Qüvvələri komandanı çərşənbə günü Suriyanın paytaxtında, Beynəlxalq Dəməşq Hava Limanında Suriyanın hərbi rəsmiləri tərəfindən qarşılanıb.

İran İslam İnqilabından sonra bu ilk dəfədir ki, İranın hərbi gəmiləri Süveyş kanalından keçərək, Aralıq dənizinə daxil olur.

Xark və Əlvənd gəmilərindən ibarət İranın hərbi dəniz bölməsi təlim məşqlərində iştirak etmək və İran İslam Respublikası ordusunun Dəniz Qüvvələrinin beynəlxalq sularla tanışlığı məqsədi ilə Aralıq dənizinə səfər edib. Region ölkələrinə və dost ölkələrə sülh və dostluq müraciəti daşıyan bu hərbi dəniz bölməsi 2570 dəniz milini qət edərək, Aralıq dənizinə çatıb.

  • Yazılıb
  • da (də) 2011 Feb 25