Tarix : 2011 Feb 25
Kod 21546

Azərbaycan R. ordusunun komandiri vəzifəsindən azad edildi

Azərbaycan Respublikası ordusunda 7 hərbçinin ölümü ilə nəticələnən insidentin ardınca Şəmkir Korpusunun komandiri hərbi rütbəsinin azaldılması şərti ilə tutduğu vəzifədən azad edilib
Azerbaijan servsi/Aran agentliyi

Səhər TV-Azərbaycan Respublikası ordusunda 7 hərbçinin ölümü ilə nəticələnən insidentin ardınca Şəmkir Korpusunun komandiri hərbi rütbəsinin azaldılması şərti ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə çərşənbə axşamı bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qərarı ilə Şəmkir korpusunun komandiri Çingiz Şəfiyev tutduğu vəzifədən azad edilib və yerinə Milli Qəhrəman ordeni almış general-leytenant Rövşən Əkbərov təyin olunub.

Prezidentin baş vermiş hadisə ilə bağlı korpus komandirini vəzifəsindən azad etməsinə baxmayaraq xalq orduda qanun pozuntuları və özbaşınalıqlara görə müdafiə nazirinin istefasını və orduda vəziyyətin yaxşılaşdırılmasını tələb edir.

  • Yazılıb
  • da (də) 2011 Feb 25