Azerbaijan servsi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Sabirabad və Saatlı rayonlarının Kür çayının basdığı kəndlərinin sakinləri Saatlının Novruzlu kəndində aksiya keçirməyə cəhd ediblər.
Aksiyaçılar deyir ki, dəyən ziyan ödənilməyib, 9 ay keçməsinə baxmayaraq heç bir köməklik göstərilməyib.
Novruzlu kəndinin sakinləri həmçinin, Sabirabad ərazisində, onların kəndindən 3 km kənarda salınmış yeni qəsəbəyə köçürülmələrinə etiraz edirlər. Onlar deyirlər ki, həmin ərazi məskunlaşmaq üçün əlverişsizdir.
Polis aksiyanın qarşısını alan zaman etirazçılarla onlar arasında qarşıdurma olub. Polis onları kəndə sarı sığışdırıb və jurnalistlərlə onların arasında karton qurub.