Bakıda Amerika hökumətinin 907-ci düzəliş adlanan ABŞ qanunu əsasında Azərbaycan Respublikasına maliyə yardımın qadağa olunması pislənilib
Azerbaijan servsi/Aran agentliyi
Bakıda Amerika hökumətinin 907-ci düzəliş adlanan ABŞ qanunu əsasında Azərbaycan Respublikasına maliyə yardımın qadağa olunması pislənilib.
ABŞ səfirliyi qarşısında keçirilən piketdə 907-ci düzəliş ədalətsiz və beynəlxalq hüquqa zid olduğu bildirilib.
Digər tərəfdən Bakıya səfərə gələn ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq deyib : "Azərbaycanla ABŞ arasında güclü strateji tərəfdaşlıq var, biz bu tərəfdaşlığı genişləndirmək istəyirik. "
Ceyms Steynberq daha sonra qeyd edib ki, ABŞ Azərbaycanın NATO çərçivəsində Əfqanıstanda hərbi əməliyyat prosesində iştirakını dəstəkləyir.
Azərbaycanda görülən antikorrupsiya tədbirlərini, demokratik islahatları alqışladıqlarını deyən ABŞ təmsilçisi bu prosesin davamlı olacağına ümidvar olduğunu vurğulayıb.
ABŞ-ın ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ problemi ilə bağlı danışıqlar prosesində yaxından iştirak etdiyini deyən qonaq bildirib ki, münaqişənin Helsinki prinsiplərinə əsasən, sülh yolu ilə həllini istəyirlər.
İrəvanda olan zaman Ermənistan tərəfinin Qarabağ problemi ilə bağlı mövqeyini öyrəndiyini bildirən C. Steynberq "indi prezident İlham Əliyevin mövqeyini öyrənəcəyəm, biz istəyirik ki, hansısa bir ortaq nəticənin əldə olunması üçün hər iki tərəf səy göstərsin", deyib.