Azərbaycan Respublikası hökuməti Gəncə hava limanından Ermənistan təyyarələrinin Rusiya istiqamətində uçuşları üçün dəhliz açıb
Azerbaijan servsi/Aran agentliyi
Azərbaycan Respublikasının siyasi təhlilçilərindən biri Arif Yunus deyib: Azərbaycan Respublikası hökuməti Gəncə hava limanından Ermənistan təyyarələrinin Rusiya istiqamətində uçuşları üçün dəhliz açıb.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ-ə aid Azadlıq radiosuna müsahibə verən Arif Yunis Azərbaycanın özünün ermənilərə kömək etdiyini bildirərək deyib: Təcrübə göstərir ki, bəzi zamanlar özümüz ermənilərə kömək edirik. Mənim üçün çox maraqlıdır. Benzin haradan Ermənistana gedir? Biz bilirik ki, Gürcüstan yolu ilə daxil olur. Mənim üçün bilmək çox maraqlıdır ki, təyyarələr Ermənistandan Rusiyaya necə uçurlar? Mən yaxşı bilirəm ki, biz Gəncə şəhərindən onlar üçün dəhliz yaratmışıq. Ermənistan təyyarələri bu dəhlizdən istifadə edirlər. Hər iki tərəfin bir-birləri ilə qeyri-rəsmi şəkildə əlaqələri var.
Arif Yunis bildirib ki, ermənilər Azərbaycan Respublikasının Dağlıq Qarabağı rəsmi şəkildə tanımasını, sonra işğal olunmuş yeddi rayonu qaytarmalarını istəyirlər. Sonra isə Kiprdəki mövcud vəziyyəti Qarabağda yaratmaq niyyətindədirlər.
"Qarabağ məsələsi Ermənistanın siyasətinə çevrilib. Onlar bu məsələ ilə ciddi şəkildə davranırlar. Qarabağ məsələsi ildə 2-3 dəfə Ermənistanın parlamentində müzakirə olunur. Lakin Azərbaycan Respublikasında Qarabağa aid müzakirələr yalnız prezident səviyyəsində caridir" -deyə Yunis Arif qeyd edib.