Bu gün Bakının Nardaran qəsəbəsinin sakinlərinin hakimiyyət qoyduqları vaxt sona çatıb
Azerbaijan servsi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Bakının Nardaran qəsəbə sakinləri aksiya keçiriblər. Qeyd edək ki, 10 gün bundan əvvəl sosial-problemlərin həlli ilə əlaqədar etiraz aksiyası keçirərək, problemlərin həlli üçün hakimiyyətə 10 gün vaxt qoyulmuşdu. Artıq bu gün hakimiyyətə qoyulan 10 gün sona çatdı. Hələ də Nardaran sakinləri qazsızdır. Buna etiraz olaraq, bu gün Nardaran sakinləri etiraz aksiyası keçiriblər. Aksiyada 200-ə yaxın kənd sakini iştirak edib.
Aksiyada ilkin olaraq çıxış edən kənd ağsaqqalı Natiq Kərimov, keçirdikləri etiraz aksiyasının səbəbinin yalnız sosial problemləri ilə əlaqədar olduğunu söylədi. Artıq neçə aydır qazsızlıqdan əziyyət çəkdiklərini deyən kənd ağsaqqalı, hakimiyyət strukturlarından problemlərinin tezliklə həll edilməsini tələb edib.
Bundan sonra çıxış edən kənd ağsaqqallarından Hacıağa Nuriyev tezliklə problemlərinin həll edilməsini istədiklərini bildirib. Hacıağa Nuriyev bu problemlərə görə məsuliyyəti məmurların daşıdığını söyləyib.
Sonra çıxş edən Nardaran kənd məscidinin axundu Seyyid Musa Rza, qazsızlıqdan həddən artıq əziyyət çəkdiklərini bildirərək, tezliklə bu problemin həll edilməsini tələb edib.
Sonda aksiyaçılar problemin həll edilməməsi müqabilində bundan sonra daha da geniş formada aksiyalar keçirəcəklərini bildiriblər.