Kür çayında daşqınlar nəticəsində yaranmış problemlərin həll olunmamasına etiraz olaraq Azərbaycan Respublikasının Sabirabad və Saatlı rayonlarının kəndlərində aksiya keçirilib
Azerbaijan servsi/Aran agentliyi
Kür çayında daşqınlar nəticəsində yaranmış problemlərin həll olunmamasına etiraz olaraq Azərbaycan Respublikasının Sabirabad və Saatlı rayonlarının kəndlərində aksiya keçirilib. Bu aksiya ölkənin xəbər saytlarında əks-səda doğurub.
Bəzi saytlar, o cümlədən ANSPRESS, Azadlıq qəzeti, Salam.info, Azərbaycan Müstəqil İnformasiya Agentliyi MİA.AZ, Dəyərlər, Yeni Müsavat bu hadisəni inikas etdirərək hökumətin onların probleminə diqqət yetirməsi ilə bağlı Sabirabad və Saatlı rayonları kəndlərinin sakinlərinin istəklərindən xəbər veriblər.
Sabirabad rayonunun bir neçə kəndi, o cümlədən Novruzlu, Axtaçı, Qasımbəyli, Əsgərbəyli, Sabirabad rayonunun əsas yolunu bağlayaraq 9 ay öncə Kür çayının sel və daşqınları nəticəsində yaranmış problemlərin həll olunmamasına etiraz edib.
Polis ötən gün səhərdən Novruzlu kəndini mühasirəyə almışdı. Çünki aksiyaçılar həmin kənddən Sabirabadın mərkəzinə hərəkət etməyi düşünürdülər.
Bu məsələyə baxmayaraq, ətraf kəndlərdən 300-dən artıq insan toplaşıb və "Korrupsiyaya yox" kimi şüarlar verərək bir neçə saatlığa əsas yolu bağlayıb.
Onlarla polis və aksiyaya qarşı qüvvələr aksiyaçıları döyərək onların Sabirabadın mərkəzinə doğru hərəkətinə mane olublar. Nəticədə bir neçə nəfər yaralanıb və bir neçə nəfər də həbs olunub.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmilərindən biri Orxan Mənsurzadə Sabirabad və Saatlı kəndlərinin əhalisinin aksiya keçirməsini qeyri-qanuni sayıb və deyib: Polis aksiyaçılardan 4 nəfəri həbs edib.
Azadlıq qəzetinin yazdığına görə, polis hadisə yerindəki jurnalisti döyüb və onun kamerası sınıb.
Aksiya sona çatdıqdan sonra Sabirabad polisi əhaliyə müraciət edib və vəd edib ki, onların istəkləri Azərbaycan Respublikası prezidentinə çatdırılacaq.
Aksiyaçılardan biri İlham Əmiraslanovun dediyinə görə, hökumətin diqqətsizliyi olduğu təqdirdə aksiya daha da böyük formada keçiriləcək.
Əmiraslanov sakinlərin əsas istəyinin hökumət tərəfindən seldən zərərçəkənlərə ədalətli şəkildə maliyyə yardımının ödənilməsi adlandırıb.
Ötən avqust ayının ortalarında Yeni Müsavat qəzeti yazmışdı ki, Kür çayı daşqınlarından 3 ayın keçməsinə baxmayaraq, hökumət orqanları Sarıgöl gölü ətrafındakı Əsgərbəyli, Qasımbəyli, Axtaçı və Novruzlu kəndlərində seldən zərərçəkənlərə yardım etməyib və nəticədə kəndlərin bir çox sakinləri oradan köçməyə məcbur olublar.
Bu məlumata əsasən bir müddət öncə bu kəndlərin torpaqlarının yəhudilərə satılması ilə əlaqədar xəbərlər yayılmışdı. Hökumət orqanlarının diqqətsizliyi, nəticədə kəndlilərin köçməyə məcbur olmaları onları bu barədə çox nigaran edib.
Sionist rejim ötən illər ərzində kənd təsərrüfatı fəaliyyəti adı altında Azərbaycan Respublikasının cənub bölgələrində onlarla ərazini icarəyə götürüb.