Azərbaycan Respublikasının bir qrup vətəndaşı ABŞ-ın Bakıdakı səfirliyi önündə aksiya keçirib
Azerbaijan servsi/Aran agentliyi
(Səhər TV)-Azərbaycan Respublikasının bir qrup vətəndaşı ABŞ-ın Bakıdakı səfirliyi önündə aksiya keçirib. Aksiyaçılar Vaşinqtonun Ermənistan və Dağlıq Qarabağ separatçılarını dəstəkləməsini pisləyiblər.
Bakıdakı müxbirimizin məlumatına əsasən, cümə axşamı günü günortadan sonra Milli Mübarizə Birliyinin Gənclər qolunun təşəbbüsü ilə keçirilən bu aksiyada habelə ABŞ-ın 907-ci düzəlişin ləğv olunmasından çəkinməsi və bu ölkənin Xocalı soyqırımına diqqət yetirməməsi pislənilib.
Aksiyaçılar habelə Vaşinqtonun Azərbaycan Respublikasında terrorun törədilməsi ehtimalı ilə əlaqədar ABŞ vətəndaşlarına xəbərdarlıq etməsini təhrikedici və qeyri-həqiqi sayıblar.
Aksiyaçılar tərəfindən yayımlanan qətnamədə bildirilir ki, Ermənistan Azərbaycana qarşı 23 ildir təcavüzkar siyasətini yürüdür. Torpaqlarımızın böyük bir hissəsi işğal olunub. Azərbaycan terrora qurban olub. Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ABŞ, Rusiya və Fransanın Minsk qrupu həmsədrləri kimi vasitəçiliyi heç bir nəticə verməyib. Hər üç ölkə açıq-aşkar Ermənistanın dəstəklənməsi siyasətini yürüdür.
Qətnamənin davamında Rusiya Ermənistanı silahlandırmaqda ittiham olunub və bildirilib: ABŞ konqresi 907-ci düzəlişi Azərbaycan Respublikasına qarşı təsdiqləməklə ədalətsizlik edib, biz işğal olunmuş ərazilərimizi istəyirik.
Bu qətnamənin sonunda qeyd olunur: Xocalı şəhərində qadın və uşaqların qırğını üzrə faciədən 19 ildir ki, ötür. Bu zülm cavabsız qalmayacaq. Biz ABŞ-dan Ermənistanı dəstəkləməsini dayandırmasını, 907-ci düzəlişi ləğv etməsini, Xocalı faciəsini konqresdə araşdırmasını və işğal olunmuş ərazilərimizin azad olunmasına kömək etməsini istəyirik.
Milli Mübarizə Birliyinin Gənclər qolunun sədri Minsk qrupunun fəaliyyətini nəticəsiz sayaraq Vaşinqton tərəfindən Xocalı faciəsinin tanınması və Ermənistana yardımlara son qoyulmasını tələb edib.
Aksiyaçılardan biri bu müsahibədə 907-ci düzəlişi tənqid edib və deyib: ABŞ Azərbaycan Respublikasında iğtişaş yaratmağa bir növ zəmin hazırlamaq üçün öz vətəndaşlarına terror təhlükəsi ehtimalı barəsində xəbərdarlıq edir və bu ölkənin iqtisadiyyatına zərbə vurmağı düşünür.
Bu aksiya polis kobudluğu olmadan sona çatıb. Lakin polis qətnamənin ABŞ səfirliyinə təqdim olunmasına mane olub.
Bu aksiya ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq, onu müşayiət edən heyət, o cümlədən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordonun Azərbaycan Respublikasına səfəri, Azərbaycan Respublikası prezidenti ilə görüşləri ilə eyni zamanda keçirilir.
ABŞ, o cümlədən ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçündür. ABŞ 1992-ci ildə Azərbaycan tərəfindən Ermənistanın mühasirə olunması bəhanəsi ilə 907-ci düzəlişi yəni Azərbaycan Respublikasına əvəzsiz maliyyə yardımlarının verilməməsi ilə əlaqədar düzəlişi təsdiqlədi. Bu düzəlişin təsdiqlənməsi Ermənistana bir növ yaşıl işıq idi. Belə ki, 1992-ci ilin may ayında Şuşanın işğal olunması ilə nəticələndi.