Tarix : 2011 Feb 25
Kod 21558

Onun səmimiyyətinə inanmaq olar

Milli Məclisin sonuncu iclasında çıxış edən YAP-çı deputat Kamilə Əliyeva gözlənilmədən hökuməti sərt tənqid edib
Azerbaijan servsi/Aran agentliyi

Milli Məclisin sonuncu iclasında çıxış edən YAP-çı deputatKamiləƏliyeva gözlənilmədən hökuməti sərt tənqid edib. YAP-ın yeni deputatıbildirib ki, nazirlər və komitə sədrləri rüşvəti şəxsən alır:
«
Gizlətməli deyilik, bəzi nazirlik, komitə və idarə rəhbərlikləriözləri
 rüşvət alır. Bu da Azərbaycanın iqtisadi cəhətdən irəli getməsinəmaneolur, həmçinin vətəndaşlarımızın hüquqlarının nazirlər və komitəsədrləri səviyyəsində pozulmasına gətirib çıxarır.Ən maraqlısı da odurki, bəzi nazirlər rüşvətxorluğa görə bəzi əməkdaşların işdən azadolunduğunu bəyan edirlər və bunun korrupsiyaya qarşı mübarizənin tərkibhissəsi sayırlar. Hansı qanunvericilikdə göstərilib ki, rüşvət alanməmurun cəzası yalnız işdən azad olunmaqdır? Cinayət Məcəlləsindərüşvətə qarşı mübarizə maddələri daha kəskindir. Təklif edərdim ki,
nazirlər və komitə sədrlər Milli Məclisdə deputatlar qarşısındakorrupsiya və rüşvətxorluğa qarşı mübarizə, habelə gələcəkdə görüləcəkişlərlə bağlı hesabat versinlər. Adi tədbirlər korrupsiyaya qarşımübarizə demək deyil».

Dünən K.Əliyeva ilə əlaqə saxlayıb onu buçıxışa vadar edən səbəbləri soruşduq.
-
Kamilə xanım, parlamentdəki çıxışınızçoxları üçün gözlənilməzoldu. Nə baş verdi ki, YAP-ın yeni deputatınazirləri və komitəsədrlərini rüşvətxorluqda günahlandırdı?
-
Əvvala onudeyim ki, heç bir şey baş verməyib və çıxışımın dahansısa sensasiyaya səbəbolduğunu düşünmürəm. Mən millət vəkiliyəm vəbu hüququmdan istifadə edib, fikirlərimi ifadə etmişəm. Milli Məclisintribunasından yararlanmaq hər birdeputatın hüququdur. Fikirləriminhansı zərurətdən səslənməsinə gəlincə, buna təbii baxmaq lazımdır.
Bilirsiniz ki, cənab prezident ölkədə korrupsiyavə rüşvətxorluqlamübarizə ilə bağlı iradəsini ortaya qoyub. Bu günölkəmizdə korrupsiyavə rüşvətxorluğa qarşı görülən tədbirlər də gözönündədir. Bu tədbirlərə
 dəstək vermək hər kəsin, o cümlədin deputatların daborcudur. Mənçıxışımda dövlətimiz tərəfindən görülən bu tədbirlərə özdəstəyimi ifadə
 etmişəm.
-
Praktika göstərib ki, parlamentdə tənqidimövqe ifadə edənhakimiyyət deputatının karyerası o qədər də yaxşı olmur. Çıxışınızdanəvvəl bunu nəzərə aldınızmı?
-
Mən belə düşünmürəm. Əgər birsahədə nöqsan varsa, onu deməklazımdır ki, bu aradan qaldırılsın. Cənabprezident özü bu problemləbağlı iradə nümayiş etdirib. Bizlərin də borcudurki, prezidentimizədəstək verək.
-
Ancaq bir çox deputatlar olub ki, çıxışlarının güdazına gediblər.
Məsələn, inzibati orqanlar tərəfindənonların biznesinə müdaxilələredilib. Sizin çəkinəcəyiniz heç nəyoxdur?
-
Xeyr, mənim çəkinəcəyim heç nə yoxdur. Mən Bakı DövlətUniversitetinin professoruyam. Mənim heç bir biznes strukturum yoxdurki, hansısa orqan ona müdaxilə etsin. Ona görə də güman etmirəm ki,
çıxışlarıma görə kimsə məni cəzalandırsın. Mən elə bir fikirlər dəsəsləndirməmişəm ki, burada dövlətimizin və dövlətçiliyimizin əleyhinəhansısa məqamlar olsun. Yenə də təkrarlayram ki, ölkə prezidentinədəstəyimi ifaldə etmişəm.
- «
Rüşvət alan nazirlər, komitə sədrləri» deyərkən, kimləri nəzərdə tutursunuz? Bəlkə konkret ad çəkəsiniz?
-
Mənkonkret heç bir qurumu nəzərdə tutmamışam. Belə bir niyyətim də
 yoxdur. Məngördüyüm, şahidi olduğum faktlarla bağlı danışa bilərəm.
Mən çıxışımdaməsələlərə ümumi yanaşmışam. Sadəcə narazılığımı ifadəeləmişəm ki, rüşvətxorluqla, korrupsiya ilə mübarizə hansısa şəxsiişindənkənarlaşdırmaqla aparılmır. Həmin şəxslərin əməllərinə görəcinayətməsuliyyəti müəyyən edilməlidir. Bəzi dövlət qurumlarına mənbunu çatdırmaqistəyirəm. Hesab edirəm ki, hər bir deputatın buməsələlərə dəstək verməkborcudur.
Pərviz Həşimli
Bizimyol

  • Yazılıb
  • da (də) 2011 Feb 25