Tarix : 2011 Feb 26
Kod 21560

ELMAR MƏMMƏDYAROV DANIŞDI

''ATƏT-in Minsk qrupunun həmsədrləri belə qərara gəliblər ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hansısa bir irəliləyiş olmalıdır''
Azərbaycan servisi/Aran agentliyi

“ATƏT-in Minsk qrupunun həmsədrləri belə qərara gəliblər ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hansısa bir irəliləyiş olmalıdır”. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, ilk istiqamət odur ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarsın: “Ermənistan öz qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmalıdır”.

Prezidentlərin Soçidə planlaşdırılan görüşünə münasibət bildirən Azərbaycan XİN rəhbəri bildirib ki, prezidentlərin növbəti görüşünün formatında heç bir dəyişiklik olmayacaq: "Görüşdə danışıqlar davam etdiriləcək.Bu görüşdə hansısa irəliləyişin nail olub-olmaması Ermənistanın mövqeyindən asılıdır". 

  • Yazılıb
  • da (də) 2011 Feb 26