Azərbaycan servisi/Aran agentliyi
Ədliyyə Nazirliyinin penitensiar sistemində ciddi qanun pozuntularına yol verən daha bir əməkdaş tutduğu vəzifədən və ədliyyə orqanlarından xaric edilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən FaktXeber.com-a verilən məlumata görə, ədliyyə nazirinin müavini, PX-nin rəisi Mədət Quliyevin dünən imzaladığı əmri ilə 9 saylı cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsinin rəisi, ədliyyə mayoru Elçin Bahəddin oğlu Həsənov tutduğu vəzifədən və ədliyyə orqanlarından xaric edilib.
E.Həsənov xidməti vəzifələrinin icrası zamanı ciddi qanun pozuntulara yol verdiyinə və ədliyyə orqanları əməkdaşlarının etik davranış qaydalarını pozduğuna görə orqandan xaric edilib.
Xatırladaq ki, bundan bir neçə gün öncə 17 saylı cəzaçəkmə müəssisəsinin qeydiyyat bölməsinin rəisi, ədliyyə mayoru, Rəfael Ağarəhim oğlu Rəhimov da tutduğu vəzifədən və ədliyyə orqanlarından xaric edilmişdi.