Tarix : 2011 Feb 26
Kod 21562

FÜZULİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI DƏYİŞDİ

Nəbi Muxtarov Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Azərbaycan servisi/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, fevralın 25-də prezident İlham Əliyev Nəbi Muxtarovu Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Dövlət başçısının sərəncamı ilə Alı Alıyev Füzuli Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Nəbi Muxtarov 1993-cü il avqustun 19-da ölkə prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyevin qərarı ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Alı Alıyev meliorasiya və su təsərrüfatı sahəsində çalışıb. 

  • Yazılıb
  • da (də) 2011 Feb 26