Tarix : 2011 Feb 27
Kod 21583

AEBA:İranın nüvə proqramı dinc məqsədlər üçündür

AEBA 26-cı dəfə olaraq İranın nüvə proqramının dinc məqsədlər üçün olduğunu təsdiq etdi
IIR servisi/Aran agentliyi

İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki(AEBA) səfiri və daimi nümayəndəsi deyib: AEBA 26-cı dəfə olaraq İranın nüvə proqramının dinc məqsədlər üçün olduğunu təsdiq etdi.

İRNA-nın məlumatına görə, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri və daimi nümayəndəsi Əli Əsğər Soltaniye cümə axşamı agentliyin baş direktoru Yokio Amanonun son hesabatı haqda deyib: Bu hesabatın əsas xüsusiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq hesabat 2 əsas hissəyə ayrılıb.Birincisi İranın Nüvə Silahlarının Yayılmasına Qadağa Protokolu (NPT) qarşısındakı öhdəliklərini əhatə edir. Hesabatın 2-ci hissəsi isə AEBA-nın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri ilə əlaqədar baxışları haqdadır. Belə ki, beynəlxalq faktorlara əsasən sübut edilib ki, bu qətnamələr heç bir hüquqi dəyərə malik deyil və icra zərurəti daşımır.

Ə.Ə.Soltaniye əlavə edib: İranın nüvə fəaliyyətləri ilə bağlı bütün texniki detalları əks etdirən bu kamil hesabat AEBA-nın İranın nüvə fəaliyyətlərinə tam nəzarətə malik olduğundan və heç bir yayınma halının olmadığından xəbər verir.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri və daimi nümayəndəsi həmçinin deyib: Bu hesabatda tam aydın formada elan edilib ki, İranın istehlak olunmuş nüvə maddələrinin yenidən emalı sahəsində heç bir fəaliyyətə malik olmaması ilə bağlı təkidləri tamamil doğru olub və bu sahədə heç bir fəaliyyət həyata keçirilməyib. Beləliklə, BMT TŞ-nin mövcud olmayan fəaliyyətlərin dayandırılması üzrə tələbləri reallığı əks etdirə bilməz.

Ə.Ə.Soltaniye əlavə edib: AEBA-nın baş direktoru Yokio Amanonun sonda İran və İranı himayə edən yüzdən artıq ölkənin istəyini diqqətə alaraq hesabatı bu formada hazırlaması, hesabatların hazırlanmasında önə doğru atılmış addım sayılır. Çünki, bu hesabat dünya ictimaiyyətinə sübut edir ki, İran NPT qarşısında öz öhdəliklərinə əməl edən bir ölkə kimi AEBA ilə tam əməkdaşlığa malikdir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İranın nüvə proqramı ilə bağlı yeni hesbatını cümə axşamı üzv ölkələrin nümayəndələrinə təqdim edib.

  • Yazılıb
  • da (də) 2011 Feb 27