Tarix : 2011 Feb 27
Kod 21584

Bugün Nardaranda sosial tələblər şüarı ilə aksiya keçiriləcək

Keçən həftə Nardaranda sosial tələblərin irəli sürüldüyü aksiyada bildirilmişdi ki, bir həftə içində tələblərə reaksiya verilməsə...
Azərbaycan servisi/Aran agentliyi

Keçən həftə Nardaranda sosial tələblərin irəli sürüldüyü aksiyada bildirilmişdi ki, bir həftə içində tələblərə reaksiya verilməsə, öz tələblərini sosial müstəvidən siyasi müstəviyə də keçirəcəklər.
Nardaran ağsaqqalı Məşhədi Natiq bildirdi ki, Nardaranda vəziyyət olduqca pisdir və biz sabahkı etirazlarda öz tələblərimizi yenidən səsləndirəcəyik.
Nardaran ağsaqqalı əlavə etdi: "Sabah aksiyada müxtəlif tələblərimiz olacaq. Sabahkı aksiyada hicab məsələsinin həlli, siyasi dustaqlarımızın azad edilməsi üçün də tələblər irəli sürəcəyik. Ən əsası Nardaran Abşeron kəndlərindən biridir və bu kəndin camaatı yaşamaqdan məhrum olub. Sözün əsil mənasında nardaranlılar yaşamaq iqtidarında deyil. 500 istixanamızdan cəmi 12-13 istixana işləyir. Kənddə işsizlik, imkansızlıq baş alıb gedir. Bunlara etiraz olaraq sabah saat 15:00-da Nardaranda sosial tələblərin irəli sürüləcəyi aksiyaların davamı keçiriləcək".

  • Yazılıb
  • da (də) 2011 Feb 27