Tarix : 2011 Feb 27
Kod 21585

Sabirabad və Saatlıda növbəti aksiyalara hazırlıq gedir

Sabirabad və Saatlı rayonlarında fevralın 24-də minlərlə etirazçının iştirakı ilə keçirilən mitinqdən sonra hər iki rayonda vəziyyət gərgin olaraq qalır
Azərbaycan servisi/Aran agentliyi

Səhər TV--Sabirabad və Saatlı rayonlarında fevralın 24-də minlərlə etirazçının iştirakı ilə keçirilən mitinqdən sonra hər iki rayonda vəziyyət gərgin olaraq qalır.
Yerli qaynaqların məlumatına əsasən, Əhalisi ötən ilki daşqınlardan zərər çəkmiş bu rayonların ikisi də hazırda ciddi polis nəzarəti altındadır. Belə bir məqamda Sabirabadda Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının binası müəmmalı şəkildə yanıb. Fevralın 25-nə keçən gecə baş vermiş yanğın nəticəsində bina külə dönüb.


Mənbəmiz onu da deyib ki, hazırda rayonun mərkəzi küçələrində divarlara şüarlar yazılmış plakatlar vurulub: "Həmin plakatlarda "Ceyhun Osmanlı və işsizlik", "Korrupsiya və səfalət" kimi şüarlar qeyd olunub. Ancaq həmin plakatların bir çoxu cırılmışdı. Bu gedişlə növbəti həftəyə Sabirabadda daha güclü mitinqlər gözlənilir, artıq bu istiqamətdə hazırlıq işləri də gedir".
Daşqından zərərçəkənlər bəyan ediblər ki, onların verdiyi vaxta qədər problemlər həll olunmasa, fasiləsiz və genişmiqyaslı aksiyalara başlayacaqlar.
Qeyd edək ki, Misir və Tunis hadısələrindən sonra Azərbaycan Respublikasında bəzi "islahatlara" və korrupsiya ilə "mübarizə" bi iki vəzifəli şəxslər cəzalandırılıb və yaxudda vəzifələrindən azad edilsədə, bir həftə də iki dəfə Nardaranda və bir dəfə Sabirabad və Saatlıda sosiyal problemlərlə bağlı etiraz aksiyası keçirilib. Növbəti aksiyalar gözlənilir.

  • Yazılıb
  • da (də) 2011 Feb 27