Azərbaycan Respublikasında sionist rejimin mövqeyini təbliğ etməklə məşğul olan ATV kanalı cümə günü axşam anti-İran 300 filmini ekran edib
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycan Respublikasında sionist rejimin mövqeyini təbliğ etməklə məşğul olan ATV kanalı cümə günü axşam anti-İran 300 filmini ekran edib.
Əhəmənilər dövrünü əhatə edən bu filmdə tarixi faktlar təhrif edilib. Sionist "Warner Brothers" kino-kompaniyası tərəfindən çəkilmiş bu film dünya ictimaiyyətinin diqqətini İranın əzəmətli tarixi və sivilizasiyasından yayındırmaq məqsədini daşıyır.
Maraqlıdır ki, Xocalı soyqırımının 19-cu ildönümü günü axşamı Azərbaycan Respublikasında bütün telekanalların bu faciə ilə bağlı proqramlar yayımladıqları bir vaxtda ATV anti-İran 300 filmini ekran etmək qərarına gəlib.
İran və Yunanıstan tarixinin təhrif edilməsinə görə bu film İran və Yunanıstan tərəfindən tənqidlərlə üzləşməklə yanaşı, UNESCO və dünyanın bir çox tanınmış beynəlxalq təşkilatının da tənqidlərinə tuş gəlib.
ATV İsrail rejiminin mövqeyini təbliğ etməklə yanaşı Azərbaycan Respublikası xalqının milli, mənəvi və dini dəyərləri ilə təzadda olan filmlər və proqramlar yayımladığı üçün yalnız xalqın yox, hətta hökumət orqanlarının da qınağına hədəf olub.
Azərbaycan Respublikasının Milli Radio və Televiziya Şurası ötən il üçün illik hesabatında bu telekanalı Azərbaycan Respublikasında ən əxlaqsız telekanal adlandırıb. Belə ki, ATV kanalı tərəfindən yayımlanan verilişlərin 32%-i Azərbaycan Respublikasının milli və mənəvi dəyərləri ilə heç bir uyğunluğa malik deyil.
Bu telekanal həmçinin 22 günlük Qəzzə müharibəsi zamanı yüzlərlə fələstinli uşaq və qadının sionist hərbçilər tərəfindən şəhid edilməsi xəbərlərini senzura edərək, İsrail rejiminin mövqeyini işıqlandırmağa çalışmışdı.
Ötən ilin oktyabrında da hazırda əxlaqsızlıq, korrupsiya və öz səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunaraq istintaqa cəlb edilən sionist rejimin xarici işlər naziri Aviqdor Libermanı təbliğ etmək üçün uzun-uzadı bir veriliş hazırlamışdı.
ATV kanalı ötən ilin dekabrında bəzi qərbyönlü media vasitələrinin hökumətə qarşı mənfi təbliğatları ilə bir vaxtda bilərəkdən təhqiramiz bir hərəkətdə Azərbaycan Respublikası prezidentinin 31 dekabr münasibəti ilə bağlı müraciətindən öncə bir rəqqasənin təsvirini, onun ardınca prezidentin 31 dekabr müraciətinin titrləri daha sonra isə multfilm qəhrəmanı "Şrek"in təsvirlərini ekran etmişdi.
Son zamanlar ATV kanalının direktoru Tağı İbrahimovun tutduğu vəzifədən azad edilməsi haqda Bakı mətbuatında bəzi xəbərlərin dərc edilməsinə baxmayaraq, deyilənlərə görə İsrail rejimi və sionist dairələrin təzyiqləri bu məsələnin gerçəkləşməsinə mane olub.