Tarix : 2011 Feb 27
Kod 21606

Buşehr AES-də görülən işlər normaldır

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sözçüsü Buşehr Atom Elektrik Stansiyasında görülən işlərin normal olduğunu bildirib
IIR servisi/Aran agentliyi

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sözçüsü Buşehr Atom Elektrik Stansiyasında görülən işlərin normal olduğunu bildirib.

Həmid Xadim bu haqda deyib:" Buşehr Atom Elektrik Stansiyasının nüvə yanacağının çıxarılması haqda yayılmış xəbərlər şişirdilib. Bu cür hərəkətlər tamamilə normaldır".

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi də bu barədə deyib:" Buşehr Atom Elektrik Stansiyasının təkmilləşdirilməsində məsuliyyət daşıyan Rusiyanın istəyinə əsasən bu stansiyanın reaktorunun mərkəzi hissəsindəki nüvə yanacağı bəzi texniki sınaqlar və yoxlamalar üçün müvəqqəti olaraq çıxarılacaq".

Soltaniyenin sözlərinə görə, Buşehr Atom Elektrik Stansiyasının təkmilləşdirilməsi üzrə tam məsuliyyət Rusiyanın üzərinə düşür və İran daim Buşehr Atom Elektrik Stansiyasının təhlükəsizliyinin ən yüksək standartlarla inşa olunduğunu vurğulayıb.  

  • Yazılıb
  • da (də) 2011 Feb 27