Tarix : 2011 Feb 27
Kod 21607

“İsriali sevənlər Mübarəkin heykəlini Bakıda qoruyurlar”

Bu gün də İsraili sevənlər Hüsnü Mübarəkin heykəlini mühafizə edirlər ki, məbada bir nəfər Mübarəkə ehanət edə
IIR servisi/Aran agentliyi

Səhər TV-Ərdəbilin imam cüməsi fevralın 25-də cümə namazının ikinci xütbəsində deyib: Bu gün də İsraili sevənlər Hüsnü Mübarəkin heykəlini mühafizə edirlər ki, məbada bir nəfər Mübarəkə ehanət edə.

Xocalı faciəsinə toxunan Amili deyib: 1992-ci ildə 3000 insanı mühasirə edib, qırğın etdilər. Biz bu soyqırımını məhkum edirik. Onların zillətini öz zillətimiz, onların izzətini öz izzətimiz bilirik. Hər bir İranlının arzusudur ki, Qarabağ erməni işğalından azad olsun.

Ərdəbilin imam cüməsi bildirib: "Azərbaycan hökuməti bununla kifayətlənir ki, ildönümü tutur.Musiqi çalırlar və bir dəqiqə sükut edirlər. Və meydanlarda heykəllər qoyurlar. 20 ildir ki, bu arzu ilə yaşayır. Qarabağ müharibəsində 20% torpaqlarını itiridi Azərbaycan. Bu bizə və İslam aləminə böyük dərddir. Və biz də həmdərdlik edirik bu müsibətə. Bir müctəhidin fitvası olsa, Qarabağı azad etməyə hamımız hazırıq. Amma, sual budur ki, nə üçün həqiqətlər deyilmir? Xocalı faciəsində əli olan və hazırda hakimiyyətdə olanlar nə üçün ifşa edilmirlər? Onların bəzisi hətta bu gün Azərbaycan parlamentinin üzvləridir. Halbuki, bəziləri Xocalı faciəsində İranı ittiham edirlər. Elə Xocalı faciəsində əli olanlar bu gün İrana qarşı söyüşlər səsləndirirlər.
2-ci sual budur ki, İran Qarabağ didərginləri üçün düşərgə qurdu və İran istədi ki, Qarabağın geri alınmasında Azərbaycana kömək etsin. Amma, İranı oradan qovdular. Nə üçün? Halbuki, onların şərəfi və qeyrəti bizim şərəfimiz və qeyrətimizdir". 

  • Yazılıb
  • da (də) 2011 Feb 27