Tarix : 2011 Feb 27
Kod 21609

Ərəb ölkələrində xalq etirazları davam edir

Ərəb ölkələrində o cümlədən Liviya, Misir, Tunis, Oman, Bəhreyn, Yəmən və Ərəbistanda xalq etirazları davam edir
Beynalxalq servisi/Aran agentliyi

Səhər TV-Ərəb ölkələrində o cümlədən Liviya, Misir, Tunis, Oman, Bəhreyn, Yəmən və Ərəbistanda xalq etirazları davam edir.

Ərəbistanda siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahələrinin tanınmış simalarından olan 123 nəfər bir bəyanat yayaraq, ölkədə əsaslı islahatların aparılmasını o cümlədən qadınların seçkilərdə iştirakına icazənin verilməsini, siyasi məhbusların dərhal azad edilməsini və şərti şahlıq siyasi quruluşunun yaradılmasını istəyib.

Ərəbistan şahının ABŞ və Mərakeşə olan səfərlərinin ardınca ölkəyə qayıtdıqdan sonra 36 milyard dollar dəyərində iqtisadi və ictimai yardım paketinin icrasıhaqda göstəriş verməsinə baxmayaraq, gənclər və fəhlələr 11martda paytaxt Ryadda "Qəzəb Günü" aksiyalarının təşkil edilməsini istəyirlər.

Tunisdə isə müvəqqəti hökumətin başçısı Məhəmməd əl-Ğənuşi nəhayət xalqın tələbləri qarşısında təslim olaraq öz vəzifəsindən istefa verib.

Tunisdə diktator Zeynalabdin Bin Əli rejiminin süqut etməsinin ardınca əl-Ğənuşinin rəhbərliyi ilə ölkədə müvəqqəti hökumət təşkil edilmişdi.

Regionda cərəyan edən inqilab dalğası Omana da çatıb. Omanda xalq etirazları zamanı polisin atəş açması nəticəsində 2 nəfər həyatını itirib.

Oman kralı Sultan Qabus dünən 6 naziri tutduqları vəzifədən azad edib.

Liviyada isə diktator Müəmmər Qəddafi ilə müxalif olan silahlı xalq qüvvələri paytaxt Tripolinin 50 kilometr qərbində yerləşən əl-Zaviyə şəhərinə nəzarəti ələ keçiriblər. Şəhər binalarının üzərində müxalifətin qırmızı, yaşıl və qara rəngli bayraqları dalğalanır.

Müəmmər Qəddafi ilə müxalif olanların nəzarəti altına keçmiş şəhərlərdə keçmiş ədliyyə naziri müvəqqəti islam hökumətinin başçısı təyin edilib.

Yəməndə isə təhlükəsizlik qüvvələri dünən ölkənin cənubunda, Həzər-Mout şəhərində Əli Abdulla Saleh hökuməti ilə müxalif olan minlərlə tələbəyə hücum edərək, 5 nəfəri yaralayıblar.

Bəhreyndə də 10 minlərlə insan Manama şəhərində etiraz aksiyasında iştirak edib. İndiyə kimi Bəhreyndə etiraz aksiyalarında 7 nəfər həlak olub. 

  • Yazılıb
  • da (də) 2011 Feb 27