Tarix : 2011 Feb 28
Kod 21622

Naxçıvanda hərbi birləşmədə ağır cinayətlərin üstü açılıb

Azərbaycan Respublikası ordusunun Şəmkir korpusunda 7 əsgərin güllələnməsindən sonra
Azerbaijan servsi/Aran agentliyi

Naxçıvan Muxtar Respublikasındakı (MR) hərbi birləşmədə ağır cinayətlərin və bəzi hadisələrin üstü açılıb.
Yeni Musavat qəzetinin məlumatına görə, bu il yanvarın 1-dən 31-dək Naxçıvan Muxtar Respublikasındakı (MR) hərbi hissəsində 5 ölüm, 2 yaralanma, 1 partlayış olayının baş verib. Bu olaylardan biri yanvarın 15-də baş vermiş qar uçqunu ilə bağlıdır.
Rəsmi məlumata görə, həmin hadisə zamanı iki əsgər ölmüşdü.

Məlumata görə, bu 2 əsgərin qar uçqunu zamanı ölməsi faktı açıqlansa da digər 3 əsgərin ölümü gizlədilib.
Belə ki, hərbi hissənin 4-cü taborunun 12-ci bölüyündə iki əsgər arasında atışma olub. Onlardan biri ölüb, digəri isə yaralanıb. Gizlədilən faktlardan biri budur. Qalan iki əsgər isə xəstəlikdən ölüb - biri böyrək çatışmazlığı, digəri isə qızdırmadan. Bu əsgərlərə ilkin tibbi yardım göstərilməyib, onların səhhətinə laqeydlik göstərilib. Nəticədə xəstəlikləri ağırlaşıb və əsgərlər ölüblər. İctimaiyyətə bu faktlar haqda da məlumat verilməyib.
Partlayış faktına gəlincə isə bu, qaz sızmasından olub. Bu fakt barədə də ictimaiyyətə məlumat verilməyib.
Hərbi hissədə başqa şok hadisə də baş verib. Bölük komandiri, kapitan Taleh Eyyubov şəxsi təşəbbüsü ilə Ermənistan sərhədini keçərək düşmən cəbhəsindən qiymətli kəşfiyyat materialları gətirib. Taleh Eyyubov bu hərəkətinə görə cəzalandırılıb.
Qeyd etmək lazımdir ki, şəhid qəhrəman Mübariz İbrahimov da cəbhədə atəşkəs xəttini aşıb mübarizlik nümayiş etdirəndən sonra Azərbaycan Respublikasında bəzi məsul şəxslər onun ailəsinə hədə qorxu gəlib, şəhidin meyitinin qaytarılmasında israrlı olmamaqlarını tövsiyə etmişdirlər. Amma dindarların bu məsələ ətrafında ciddi addımlar atdığlarından sonra hökumət isə şəhid Mübariz İbrahimova Milli Qəhraman adı vermişdi.

  • Yazılıb
  • da (də) 2011 Feb 28